ONN media xəbər verir ki, 25-ci Xəzər Beynəlxalq Neft və Qaz Sərgi-Konfransı çərçivəsində energetika naziri Pərviz Şahbazov Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye üzrə parlament nazirinin müavini Daisaku Hiraki ilə görüşüb.
Görüşdə iki ölkə arasında iyirmi ildən artıq bir müddəti əhatə edən enerji əməkdaşlığının Azərbaycan və Yaponiya əlaqələrinin inkişafında rolu yüksək qiymətləndirilib. Daisaku Hiraki Yaponiyanın İTOCHU və İNPEX şirkətlərinin nümunəsində Azərbaycanın neft-qaz sektorunda uğurlu əməkdaşlığın yeni layihə və imzalanmış sənədlərlə möhkəmləndiyini deyib. Onun sözlərinə görə, “Azəri-Çıraq-Günəşli” (AÇG) ilə bağlı yeni sazişin imzalanması Yaponiyanın növbəti on illiklərdə Xəzər regionunda fəaliyyətinin davamlılığını təmin edən mühüm hadisədir.
Energetika naziri Yaponiyanın ölkəmizin enerji sektorunda uzunmüddətli fəaliyyət dairəsinin genişləndirilməsi üçün geniş imkanların olduğunu qeyd edib. SOCAR ilə Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin Neft, Qaz və Metallurgiya Korporasiyası (JOGMEC) arasında Əməkdaşlıq Memorandumunun imzalanmasını bu istiqamətdə atılan mühüm addım kimi dəyərləndirib. Nazir həmçinin Azərbaycanın bərpa olunan enerji mənbələri ilə bağlı hədəfləri barədə məlumat verərək, bu sahədə Yaponiya ilə təcrübə mübadiləsinin vacibliyindən danışıb. Bildirilib ki, enerji sahəsində birgə əldə edilmiş nailiyyətlərin davamlı olması hər iki ölkə iqtisadiyyatına töhfə verəcəkdir.



Yaponiya Azərbaycan dostluğu güclənir
Energetika naziri Çexiyanın sənaye və ticarət naziri ilə görüşüb
Enerji sahəsində Azərbaycan-Almaniya əməkdaşlığı müzakirə edilib
Energetika nazirliyində növbəti görüş keçirilib
Energetika naziri ABŞ nümayəndə heyət ilə görüşüb
Pərviz Şahbazov 25-ci Yubiley Beynəlxalq “Xəzər Neft və Qaz “Sərgisi çərçivəsində bir sıra görüşlər keçirib
Energetika naziri Pərviz Şahbazov ABŞ-da səfərdədir
Azərbaycanın energetika naziri ABŞ-ın enerji naziri ilə görüşüb
Monqolustanın energetika naziri Azərbaycanda səfərdədir
Pərviz Şahbazovla İndoneziyanın “Pertamina” şirkətinin nümayəndə heyəti arasında görüş keçirilib
Azərbaycanın energetika naziri səudiyyəli həmkarı ilə görüşüb
Azərbaycanın energetika naziri Vyanada bir sıra görüşlər keçirib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 