Baş nazir Novruz Məmmədov Bakı Sərgi Mərkəzində keçirilən XXV yubiley Beynəlxalq Neft və Qaz sərgisində, həmçinin Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye üzrə parlament nazirinin müavini Daisaku Hiraki ilə görüşüb.
ONN media xəbər verir ki, səmimilik şəraitində keçən görüşdə son illər Azərbaycan ilə Yaponiya arasında siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin əhəmiyyətli dərəcədə inkişaf etdiyi vurğulanıb. Yaponiya şirkətlərinin “Azəri-Çıraq-Günəşli” neft yataqlarının işlənilməsində uğurlu iştirakının bu əlaqələrin formalaşmasına təkan verdiyini xatırladan tərəflər Azərbaycan Hökuməti ilə Yaponiya konsorsiumları arasında qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da intensiv davam etdiriləcəyinə əminlik bildiriblər. Bu kontekstdə Yaponiyanın Dövlət Neft-Qaz Şirkətinin (JOGMEC) Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə (SOCAR) birgə perspektivli neft-qaz bloklarında seysmik və geoloji tədqiqatlar aparmaq niyyətində olduğu nəzərə çatdırılıb. Yaponiyalı mütəxəssislər neft-qaz laylarının kəşfiyyatı ilə yanaşı, azərbaycanlı həmkarları ilə birgə texnoloji işlərin görülməsini və təcrübə mübadiləsinin aparılmasını da nəzərdə tuturlar.



Energetika naziri Yaponiyanın iqtisadiyyat naziri ilə görüşüb
Azərbaycan-Yaponiya əlaqələri genişlənir
İlham Əliyev Yaponiyanın baş nazirinə məktub ünvanlayıb
Azərbaycan ilə Yaponiyanın vergi xidmətləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Yaponiyanın baş naziri Əli Əsədova məktub ünvanlayıb
Zakir Həsənov Yaponiya səfiri ilə görüşdü
İlham Əliyev Yaponiyanın yeni Baş nazirini təbrik etdi
Şahin Mustafayev iranlı nazirlə görüşdü
Azərbaycan və Koreya arasında saziş imzalandı
Azərbaycan Prezidenti Yaponiyanın Baş nazirini təbrik etdi
Bu ölkəyə getmək istəyənlərin NƏZƏRİNƏ: Viza sadələşdirilir
Yaponiya Fondu ADU-ya kitablar hədiyyə etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 