Martın 2-sində Polşa Seyminin deputatları Polşa vətəndaşlarının Ukraynada yaradılan Beynəlxalq Ərazi Müdafiə legionuna qoşulmasını asanlaşdıran qanun qəbul edə bilərlər.
ONN media xəbər verir ki, bu barədə "Gazeta Wyborcza" qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, bu imkanı sadələşdirən qanun layihəsi Polşa Kəndlilər Partiyasının (PSL) deputatları səsverməyə çıxarmaq niyyətindədir.
Seymin sədr müavini Petr Zqorjelski qəzetə bunları deyib: “Partiyanın fraksiyası olaraq biz bu qanun layihəsini təqdim edəcəyik, lakin düşünürəm ki, onu həm müxalifət, həm də hakim partiyanın fraksiyası dəstəkləyəcək”.
Hazırda Polşada qüvvədə olan qanun ölkə vətəndaşlarına yalnız Daxili İşlər Nazirliyinin icazəsi və Milli Müdafiə Nazirliyinin tövsiyəsi əsasında xarici ölkələrin ordularında xidmət etməyə icazə verir.
Qeyd edək ki, fevralın 27-sində Ukrayna Prezidenti Vladimir Zelenski ölkədə xarici ərazi müdafiə legionu yaradıldığını elan edib. "Ukrinform"un məlumatına görə, əcnəbilərdən ayrıca bölmə - Ukraynanın Beynəlxalq Ərazi Müdafiəsi Legionu yaradılacaq.



Bu ölkə vətəndaşlarına Rusiyaya qarşı döyüşməyə icazə verdi
Zelenski ehtiyatda olanları müharibəyə çağırdı – Rusiya ilə vəziyyət gərginləşir
Bu məmurların sərvəti müsadirə ediləcək- QANUN
Ukrayna ərazisinə xarici hərbi qüvvələrin daxil olmasına icazə verildi
Şuşa Bəyannaməsi Türkiyə parlamentində müzakirə ediləcək
Milli Məclisdə 6 layihə qəbul edilmədi
Polşa Rusiyaya nota verəcək
ŞOK QƏRAR: Ölüm hüququ təsdiqləndi
Şad xəbər: əmanətlərin tam sığortalanması uzadıldı
Nikol iclasa gedir- NƏ MÜZAKİRƏ OLUNACAQ?
Avropada 3 ölkə yeni alyans YARATDI
Ukraynada YENİLİK- Qadınlar...
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 