Ukrayna Müdafiə Nazirliyi Rusiyaya qarşı müqavimətin doqquzuncu günü ilə bağlı məlumat yayıb.
Nazirlikdən bildirilib ki, Enerqodardakı Zaporojya AES-in təlim binasında baş verən yanğın söndürülüb.
Qeyd olunub ki, ölən yoxdur.
Bildirilib ki, Rusiya qoşunları əsas səyləri Kiyevin mühasirəyə alınmasına və blokadaya alınmış yaşayış məntəqələrində müqavimətin zəifləməsinə yönəldiblər: “Bu tapşırığın icrası zamanı Rusiya Silahlı Qüvvələri əməliyyat ehtiyatlarının böyük hissəsini tükədiblər. Onlar Cənub və Şərq hərbi dairələrindən əlavə qüvvə və vasitələrin köçürülməsi üçün hazırlıqlara başlayıblar. Volın istiqamətində qarşı tərəf 2 tabor taktiki qrupunun köməyi ilə Poliske və Kuxari ərazilərində müdafiə əməliyyatlarına keçib”.
Nazirliyin məlumatına görə, Rusiya tərəfi Belarus Silahlı Qüvvələrini Ukraynaya qarşı müharibəyə cəlb etmək üçün sərhəddə silahlı təxribatlar törədə bilər.
Rəsmi informasiyaya əsasən, ruslar Xarkovu şimaldan mühasirəyə alırlar: “Rusiya qoşunları Axtırka bölgəsində uğur qazana bilməyib və əsas qüvvələrini Qadyaç və Zinkov rayonlarında cəmləşdirib. Texnikada əhəmiyyətli üstünlüyə malik olan rusiyalılar Mariupolu mühasirəyə alıb. Luqansk istiqamətində döyüşlər gedir. Nikolayev istiqamətində rusiyalıların qarşısı alınıb, lakin Voznesensk istiqamətində qismən uğur qazanıblar.
Rusiya hərbi dəniz qrupu dəniz bazalarından çıxarılıb. Ruslar bütün istiqamətlərdə itki verir. Demotivasiya olunmuş qarşı tərəf təslim olur və texnikanı atırlar”.(report)



Ukrayna Müdafiə Nazirliyi cəbhədəki SON DURUMU açıqladı
Ukrayna Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqlayıb
Rusiyadan Ukraynaya BÖYÜK ZƏRBƏ
Zelenski QƏRAR VERDİ: Müharibəyə...
Raket zərbəsi ilə bağlı Rusiyadan açıqlama
Ukrayna ordusu əks-hücuma keçdi
Rusiya Belarus ərazisinə əlavə qüvvə və hərbi texnika yerləşdirir? - ŞOK
Müdafiə Nazirliyindən SON DƏQİQƏ AÇIQLAMASI
Müharibədə SON DURUM: Ukrayna ordusu sərhəddə əks-hücuma keçdi
Rusiyada səfərbərlik yenidən başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 