“Rusiya rəhbərliyi işğal etdiyi ərazilərdə müvəqqəti yerli hakimiyyət orqanlarının formalaşdırılması məsələsini nəzərdən keçirir. Rusiyada həmin əraziləri idarə etmək üçün güc strukturlarına, prokurorluq və məhkəmə orqanlarına əməkdaşlar seçilir. Bu seçkidən sonra onlar Ukrayna ərazisinə göndəriləcək”.
ONN media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Xerson vilayətində psevdorespublikanın yaradılması ssenarisinin reallaşdırılması üçün Rusiya Federal Təhlükəsizlik Xidməti, 652-ci informasiya-psixoloji əməliyyat qrupu və RF Baş Qərargahının 12-ci idarəsinin əməkdaşları işləyir: “Onlar əsasən “izahedici işlə” məşğul olacaqlar. Rusiya Şərq Hərbi Dairəsinin 5-ci ümumqoşunun 60-cı əlahiddə motoatıcı briqadasının bölmələrinin iki komandiri döyüş əmrini yerinə yetirməkdən imtina etdikləri üçün tutduqları vəzifədən azad ediliblər. Baltik donanmasının birlik və hərbi hissələrində, o cümlədən 11-ci ordu korpusunun 79-cu əlahiddə motoatıcı briqadasının hərbçiləri hərbi xidmətin müddətinin uzatmaq üçün müqaviləni imzalamaqdan imtina ediblər”.
Məlumatda qeyd olunub ki, Rusiya Silahlı Qüvvələri Belarus ərazisinə əlavə canlı qüvvə və hərbi texnika yerləşdirir: “Donetsk və Luqansk istiqamətində 5 hücumun qarışısı alınıb. Ukrayna hərbçiləri 10 tank, 18 zirehli texnika, 13 avtomobil, 15 artilleriya qurğusu məhv edib. Ötən sutkada Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Donanması 7 hava hədəfini – 4 döyüş təyyarəsi, bir PUA və 2 qanadlı raketi sıradan çıxarıb. Rusiya çoxlu sayda canlı qüvvə itirib”.



Rusiyada səfərbərlik yenidən başladı
Ukrayna ordusundan ruslara SARSIDICI ZƏRBƏ
Hərbi obyektlər vurulub, aerodromlara raket zərbələri endirilib - Ukrayna Baş Qərargahı
Ukrayna son sutkada məhv etdiyi Rusiya hərbi texnikalarının sayını AÇIQLADI
Ukrayna son sutkada məhv etdiyi Rusiya texnikasının sayını açıqladı
Rusiya ordusunun hücumu zəiflədi – Ukrayna MN
Ruslar şərqdə ciddi itkilər verir: 300 ölü, 220 yaralı
İtkilər çoxdur, ruslar dəniz piyadalarını Ukraynaya göndərir
Rusiya son sutkada Ermənistana 20 təyyarə göndərdi
Ağır döyüşlər gedir, 9 istiqamətdə hücum dəf edildi - Baş Qərargah
Rusiya Belarus-Ukrayna sərhədinə "İskəndər-M" quraşdırır
Putin Buça qətliamını törədənlərlə bağlı QƏRAR VERDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 