Kremlin sözçüsü Dmitri Peskov dedi ki, Rusiya təhlükə altına düşərsə, son çarə kimi nüvə silahından istifadə etməkdən çəkinməyəcəyik. Onun sözləri əslində yeni deyil. Lakin "istifadə edə bilərik" deməyi istifadə edəcəkləri mənasına gəlmir.
ONN media xəbər verir ki, bu sözləri türkiyəli politoloq Furkan Qaya deyib.
O bildirib ki, 1962-ci ildəki Kuba böhranı ABŞ və Sovet İttifaqı arasında qaynar toqquşma ehtimalının ən yüksək səviyyədə olduğu bir dövr idi:
"O vaxt da kritik anda geri addım atıldı və bu silahlardan istifadə olunmadı. O zamandan bəri nüvə tərk-silahına dair sazişlər bağlanıb, məsələlər müzakirə olunub. Amma heç bir nüvə silahı olan dövlət onlardan əl çəkmədi. Çünki nüvə silahı bir dövləti siyasi cəhətdən güclü edən alətdir. Putin demək istəyir ki, mən böyük bir gücəm və coğrafiyanın həqiqətiyəm. O, siyasi güc mesajı verdi. Peskov da məhz bunu izah edir".
F.Qaya qeyd edib ki, bu gün Ukrayna ilə Rusiya arasında müharibədə NATO var:
"Növbəti "soyuq müharibə"yə gedib-getmədiyimizi deyə bilmərik, amma dünyanın hər bir guşəsi cəbhəyə çevrilə bilər. Bizim artıq dünyanın başqa bir yerində baş verən bir hadisə haqda "mənə nə?" demək şansımız yoxdur. Münaqişə zonaları böyük müharibə potensialına malik ola bilər. Yeni qlobal tarazlıq miqyası yaradılmalıdır".(axar.az)



Rusiya bu halda nüvə silahından istifadə edəcək
Pentaqon Peskovun “nüvə bəyanatı"na CAVAB VERDİ
Putin nüvə silahı ilə bağlı açıqlama yaydı
ABŞ Putinlə bağlı açıqlama verdi- Tədbir görmürük
Putin nüvə raketlərinin sınağına start verdi
İsrail nüvə silahından istifadə edə bilər - Harari
ABŞ-dan nüvə silahı mesajı
Putin nüvə silahından istifadə edə bilər?
Türkiyə nüvə silahı istehsal edəcək?-ŞOK
Kremldən Delyaqinin Azərbaycanla bağlı açıqlamasına - Münasibət
Nüvə silahından yalnız Putin istifadə edə bilər-Zelenski
Rusiya Ukrayna sərhədinə nüvə gətirib?- ŞOK İDDİA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 