Aparıcı Kris Rok "Oskar" mükafatlandırma mərasimində Hollivud ulduzu Uill Smitin ona şillə vurmasını ilk dəfə şərh edib.
ONN media xəbər verir ki, o, ötən gün Bostonda baş tutan stand-up şousunda bu barədə danışıb. Bildirilib ki, Kris səhnəyə çıxdıqdan sonra tamaşaçılar onu iki dəqiqəyə yaxın müddət ərzində alqışlayıblar. Alqışlar Krisin müdaxiləsindən sonra kəsilib və mövzu ilə bağlı fikirlərini qısa formada bölüşüb:
“Həftə sonum necə keçdi? Hələ ki, baş verənlərlə bağlı deyəcək sözüm yoxdur. Hələ də bu hadisəni özlüyümdə dərk etməyə çalışıram. Bununla bağlı hazırda mənfi şərhim yoxdur və bu barədə eşitmək üçün buradasınızsa, təəssüf edirəm. Nə vaxtsa bu mövzuda danışacağam. Bu, ciddi və gülməli olacaq".
Qeyd edək ki, Smit Krisə şilləni həyat yoldaşının alopesiya xəstəliyi (saçın pataloji tökülməsi) ilə bağlı zarafatından sonra vurub. Sosial mediada sürətlə yayılan görüntülərə görə aktyora haqq qazandıranlarla yanaşı hərəkətini pisləyənlər də olub.
Xarici mediada yayımlanan xəbərlərdə gecə "Kral Riçard" filmindəki roluna görə "Ən yaxşı aktyor" seçilən Uillin "Oskar"ının əlindən alına bilinəcəyi bildirilib. Kino Akademiyası isə məsələ ilə bağlı araşdırma aparılacağını açıqlayıb.
Daha sonra açıqlama yayan Smit hərəkətinə görə üzr istəyib.



Uill Smitdən gözlənilən addım atıldı
Uill Smit sillə vurduğu Kris Rokdan üzr istəyib
Uill Smitin arvadı ilə eşq yaşadığını iddia etdi - ŞOK
Dünyanın ən çox qazanan aktyorları kimlərdir? - SİYAHI
Van Dammın oğlu azərbaycanlı həyat yoldaşının "Sevgililər Günü"nü belə təbrik etdi
Cennifer Lopez səhnədə göz yaşı tökdü
Fahriyenin səhhəti necədir?
Cem Yılmaz: Bu azərbaycanlı müğənnini çox sevirəm və...
Eldar Mahmudovun həyat yoldaşından açıqlama
Van Dammın oğlu ilk dəfə azərbaycanlı həyat yoldaşı ilə FOTO PAYLAŞDI
Hande Harmancı peyvənd vurdurdu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 