Baş Prokurorluq iki xəbər saytına xəbərdarlıq edib.
ONN media xəbər verir ki, bu barədə qurumun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Baş Prokurorluq tərəfindən dəfələrlə media nümayəndələrinə müraciət edilərək təhrif olunmuş, rəsmi dövlət qurumları ilə dəqiqləşdirilməmiş məlumatların yayılmaması xahiş olunsa da, təəssüf ki, bəzi media subyektləri tərəfindən peşəkar jurnalistika fəaliyyətinə riayət edilmədən bu növ məlumatlar yayılmaqdadır.
Belə ki, 31.03.2022-ci il tarixdə “gazet.az” və “manset.az” media subyektləri tərəfindən Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm qəsəbəsində yerləşən 3 saylı tam orta məktəb binasının uçması nəticəsində 20-dən artıq şəxsin ölməsi və çoxlu sayda yaralıların olması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılmış, bununla da “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, eləcə də “Media haqqında” Azərbaycan Respublikası Qanunlarının tələbləri pozulmuşdur. Qeyd olunanları nəzərə alaraq, “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin tələblərinə əsasən həmin internet informasiya resurslarına prokuror təsir tədbiri aktı olan xəbərdarlıq elan edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən bir daha media nümayəndələrindən rəsmi qurumlarla dəqiqləşdirilməmiş, suni ajiotaja səbəb ola biləcək məlumatların yayılmaması xahiş edilir və qeyd edilir ki, bundan sonra da bu kimi hallara qarşı qanunla nəzərdə tutulmuş tədbirlər görüləcəkdir.



Səbuhi Şahverdiyev həbs olunub?- Rəsmi
Baş Prokurorluq Oqtay Gülalıyevə xəbərdarlıq etdi
Prokurorluq tərəfindən 119 şəxs barəsində Amnistiya Aktı tətbiq edilib
Prokurorluq Qusarda 17 yaşlı oğlanın ölümü ilə bağlı məlumat yaydı
Ordumuz haqqında xəbərə görə bu şəxs həbs olundu
Prokurorluqdan Nərminin qətli ilə bağlı YENİ AÇIQLAMA
Əli Əliyev Baş Prokurorluğa çağırıldı - Xəbərdarlıq edildi
İlham Əliyev fərman imzaladı
SON DƏQİQƏ: Azərbaycanda məktəb çökdü - ÖLƏNLƏR VAR
Baş Prokurorluq iki beynəlxalq təşkilata müraciət etdi
Baş Prokurorluqdan baş redaktora xəbərdarlıq
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 