Saxta qazilərin iş adamları, dövlət qurumlarını şantaj etməsi zaman – zaman ictimailəşib. Bu məsələ son olaraq erməni əsirliyindən qaytarılan Şahbaz Quliyevin 3 gün əvvəl keçirdiyi aksiya ilə gündəmə gəldi. O, həmin aksiyada dövlət qurumlarından şikayət edir, sosial vəziyyətinin ağır olduğunu iddia edirdi.
“Yeni Sabah” Şahbaz Quliyev haqda sensasion məlumat və videogörüntü əldə edib. Bəlli olub ki, o aksiya keçirəndən sonra birbaşa Xırdalan şəhərinə yollanıb. Şəhərin Heydər Əliyev prospektindəki “Proqress-2016” MMC-nin yeni tikilən binanın sahibindən 160 kvadratmetr qeyri-yaşayış sahəsi tələb edib.
Təqdim etdiyimiz görüntü binanın satış ofisində qeydə alınıb. Ş. Quliyev və yanında olan digər “qazilər” şirkətin rəhbəri Emin Səməndərovu şantaj edərək ondan obyekt yeri tələb edirlər. Şirkət sahibi onlara 100 kv.metr yer verdiyini desə də, Ş. Quliyev 160 kv.metr istəyir. Tərəflər arasında mübahisə yaranır. Quliyev və yanında gələnlər otaqda qadınların olmasına baxmayaraq söyüşlərdən istifadə edirlər. Hətta qazilərin də ünvanına təhqirlər səsləndirilir.
Bu mübahisənin sonunun necə başa çatdığı videogörüntüdən aydın olmur.
Amma aydın olan odur ki, Ş. Quliyev erməni əsirliyində olmasından istifadə edərək nəinki dövlət qurumlarını, sahibkarları da bu formada şantaj edərək imtiyazlar əldə etməyə çalışır.
Videonu təqdim edirik:



Şahbaz Quliyev: “Kefimdən yox, zülmümdən evlənirəm”
Dilqəm Şahbazı niyə “erməni dostu” adlandırdı? - Oğlu DANIŞDI
SON DƏQİQƏ: Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycana qaytarılır
Girovluqdan azad edilən Şahbaz Quliyevin ailəsində FACİƏ
Şahbaz Quliyev ikinci dəfə evləndi
Girovların həyatı təhlükədə: “Onları itirə bilərik…”
Şahbaz Quliyev: Bizə çox işgəncə veriblər və...
İlham Əliyev BQXK prezidentinə Dilqəm Əsgərov və Şahbaz Quliyevdən danışdı
İrəvan Şahbaz və Dilqəmi qaytarmağa hazırdır
Eldar Quliyevin dəfn olunacağı yer müəyyənləşdi
Eldaq Quliyev seçiciləri təhdid edir?
Dilqəmlə Şahbaz qaytarıla bilər - VİDEO
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 