Aprelin 19-da Daxili İşlər Nazirliyində mülkiyyət əleyhinə olan və əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilən cinayətlərin, həmçinin xırda talamaların qarşısının alınması və açılması, mühafizə-siqnalizasiya vasitələrinin tətbiqi sahəsində fəaliyyətin nəticələrinə həsr olunmuş onlayn formatda Kollegiya iclası keçirilib.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumata verilib.
Cari ilin birinci rübündə əməliyyat-xidməti fəaliyyətin nəticələrini müsbət dəyərləndirən nazir Vilayət Eyvazov bildirib ki, bu müddətdə qeydə alınmış 8 622 cinayətin 86 faizinin açılması təmin olunub, qeyri-aşkar şəraitdə baş verən cinayətlərin, mülkiyyət əleyhinə olanların, o cümlədən oğurluqların, soyğunçuluqların, quldurluqların, hədə-qorxu ilə tələb etmələrin, avtonəqliyyat vasitəsini qaçırmaların açılması ötən ilin müvafiq dövrü ilə müqayisədə yaxşılaşıb. Qanunsuz dövriyyədən 1 ton 64 kiloqram narkotik vasitə çıxarıldığını qeyd edən nazir bu əməllərlə bağlı 1.689 nəfərin məsuliyyətə cəlb edildiyini, habelə axtarış işinin, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə axtarılan şəxslərin tutulmasının nəticələrinin yüksəldiyini, 556 nəfərdən ibarət 220 cinayətkar qrupun zərərsizləşdirildiyini nəzərə çatdırıb.
Gündəlikdəki məsələlərlə bağlı nazir müavini, Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis general-leytenantı Fazil Quliyev, Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis general-mayoru Arzu Daşdəmirov, Baş Mühafizə İdarəsinin rəisi, polis general-mayoru Nurulla Məmmədxanlı, Katibliyin rəisi, polis polkovniki Nahid Məmmədzadə və Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Vüqar Ələkbərov məruzə ediblər.
Kollegiya iclasına yekun vuran nazir, general-polkovnik vətəndaş məmnunluğunun təmin edilməsinin Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdən olduğunu xatırladaraq cinayətlərin qarşısının alınması, açılması, hüquqazidd əməllər nəticəsində vurulmuş maddi ziyanın ödətdirilməsi, vətəndaşların müraciətlərinə baxılması və qəbulu işinə daha böyük həssaslıqla yanaşılmasını tələb edib. Həmçinin xidməti fəaliyyətdə müasir texnologiyaların tətbiqinin və idarəetmədə elektronlaşdırmanın genişləndirilməsinin zəruriliyini, hüquqi və fiziki şəxslərə məxsus obyektlərin, mənzillərin mühafizə-siqnalizasiya vasitələri ilə təmin edilməsinin, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərinin gücləndirilməsinin, hər bir şəxsin hüquq və azadlığının, qanuni mənafeyinin etibarlı müdafiəsinin, bütövlükdə polisin səlahiyyətinə aid vəzifələrin peşəkarlıqla yerinə yetirilməsinin vacibliyini nəzərə çatdıraraq bir sıra konkret tapşırıqlar verib.



Azərbaycanda açılmış cinayətlərin sayı məlum oldu
Vilayət Eyvazov bütün RƏİSLƏRİ TOPLADI - Vacib tələblər
Vilayət Eyvazov Prezidentə və Birinci Vitse-prezidentə təşəkkür etdi
Vilayət Eyvazov polisləri topladı - İlk dəfə
Ölkəyə narkotik maddələr gətirməyə cəhdlər çoxalıb - Nazir
Son 6 ayda 435 kriminal qrup DİN tərəfindən zərərsizləşdirilib
Vilayət Eyvazov Bakıdakı tıxaclarla bağlı tapşırıq verdi
734 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Yeni nazir əməliyyat müşavirəsi keçirdi
Bir sıra cinayətlərin açılması çox yaxındır - Baş prokuror
Daxili işlər orqanlarının 4 əməkdaşına ali xüsusi rütbə verilib
Daxili İşlər Nazirliyində geniş Kollegiya iclası keçirilib
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 