Hər gün milyonlarla insan baş ağrısından əziyyət çəkir. Başağrısının ən çox bilinən səbəbləri stres və miqrendir.
Bu ağrıların bəziləri bir neçə saat ərzində keçir, bəziləri isə həyati təhlükə yarada biləcək ciddi bir xəstəliyin əlaməti ola bilər.
ONN media xəbər verir ki, “Journal of Headache and Pain” elmi jurnalında dərc olunan yeni tədqiqata görə, bu gün dünyada hər 6 nəfərdən biri başağrısı problemi yaşayır.
1961-2022-ci illər arasında dünyada müxtəlif dövrlərdə fərqli araşdırmalar nəticəsində 357 tədqiqatı qiymətləndirən alimlər dünya əhalisinin 52 faizinin aktiv başağrısı pozuntusundan əziyyət çəkdiyini qeyd ediblər. Professor nevroloq Dilek Necioğlu Örken bəzi hallarda başağrısının ciddi bir xəstəlik ola biləcəyini deyib.
“Əgər şiddətli başağrınız varsa, tezlik və şiddət tədricən artırsa, ağrınız həmişə eyni tərəfdədirsə, hərarət, ürəkbulanma, arıqlama kimi əlamətlər müşayiət olunarsa, hamiləsinizsə, yaxın vaxtlarda dünyaya uşaq gətirmisinizsə - bu hallarda başağrınızı ciddi qəbul etməli və həkimə müraciət etməlisiniz”.
Tədqiqatçılar dünya əhalisinin 7 faizinin miqrendən, 9 faizinin isə gərginlik, stres səbəbi ilə yaranan başağrısından əziyyət çəkdiyini bildirib. Cinsiyyət də başağrısı pozuntusunda əhəmiyyətli bir faktor olaraq ön plana çıxır. Qadınların yüzdə 17-si miqren keçirir, kişilərdə isə bu nisbət yüzdə 8,6 kimi qeyd olunur. Bir ayda ən azından 15 gün hiss edilən başağrısi müddəti də qadınlarda kişilərə nisbətən daha çox qeydə alınıb.



Hazırda Azərbaycanda kütləvi yayılan yeni virus NƏDİR?
Koronavirus bu yolla yoluxa bilər
KİŞİ MİQRENİNİN DƏHŞƏTLİ fəsadları: İntihar, stres, siqaret çəkmək...
Dəhşətli xəstəlik yayılır
Bu ildə yer kürəsində yaşayanların yarısı eynək taxacaq! - ŞOK İDDİA
Baş ağrısının əsas səbəbləri bunlardır
Alimlər təhlükəli xəstəliklərlə qan qrupu arasında əlaqə kəşf etdilər
Temperatur yüksəlibsə...
Səhiyyə Nazirliyindən meymunçiçəyi ilə bağlı AÇIQLAMA
Hadisədən YENİ XƏBƏR VAR: Bu xəstəlikdən əziyyət çəkir və...
Arıqlama həbləri bu xəstəliklərə səbəb olur
Əgər bu əlamətiniz varsa DİQQƏTLİ OLUN
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 