Türkiyə Silahlı Qüvvələri “Pençe-Kilit” antiterror əməliyyatı çərçivəsində İraqın 50-60 km-lik dərinliyinə daxil olmağa hazırlaşır.
ONN media xəbər verir ki, bu barədə “Star” qəzeti yazıb.
Bundan əlavə, bildirilib ki, əsas tapşırıqları yerinə yetirdikdən sonra Türkiyə ordusu İraqın şimalını tamamilə tərk etməyi planlaşdırmır. Onlar təhdidlər tamamilə yox olana qədər əraziyə nəzarət etmək üçün orada müvəqqəti bazalar yerləşdirmək niyyətindədirlər. Yalnız təhdidləri zərərsizləşdirmək üçün bütün tapşırıqları yerinə yetirdikdən sonra Türkiyə Silahlı Qüvvələri İraq ərazilərini azad edəcək.
Ekstremistlərin hərəkət üçün istifadə etməyə üstünlük verdiyi ərazilərdə müvəqqəti bazalar və nəzarət məntəqələri də yerləşdiriləcək.
Məlumata görə, əməliyyat keçirilən istiqamətdə artıq bütün yollar bağlanıb. “Pençe-Kilit”in son hədəfi terrorçuların yerləşdiyi Kandil dağındakı əsas düşərgəni məhv etməkdir.
“Sabah” qəzeti isə öz növbəsində əməliyyatın keçirildiyi Kandil bölgəsində PKK terrorçularının sayının əməliyyat başlamazdan əvvəl 3 minə yaxın olduğunu qeyd edib. Bildirilir ki, hərbçilərin belə hesablamaları olub. Bundan əlavə, qəzet yazır ki, İraq Kürdüstanının rəhbərliyi Türkiyəyə yardım edir və PKK üzvlərinin muxtariyyət ərazisinə keçməsinin qarşısını alır.
Xatırladaq ki, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar İraqın şimalında keçirilən xüsusi əməliyyat zamanı indiyədək 56 terrorçunun zərərsizləşdirildiyini bildirib.
Qeyd edək ki, aprelin 18-nə keçən gecə Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK üzvlərinə qarşı Hərbi Hava Qüvvələri və xüsusi təyinatlıların da cəlb olunduğu yeni hərbi əməliyyat - “Pençe-Kilit” antiterror əməliyyatı başladıb. Türkiyə qırıcıları İraqın Metina, Zap və Avaşin bölgələrində terrorçulara hava zərbələri endirib. H.Akar bildirib ki, əməliyyatın ilk mərhələsində qarşıya qoyulan məqsədlərə nail olunub.



Türkiyə aviasiyası 14 terrorçunu zərərsizləşdirib
Türkiyədə 15 terrorçu zərərsizləşdirilib
Türkiyə ordusu 7 terrorçunu zərərsizləşdirdi
Türkiyədən ACI XƏBƏR: "Pençe-Kaplan" əməliyyatında şəhid verdi
İraqda 600 PKK-çı öldürüldü
Türkiyə ordusu daha 3 PKK terrorçusunu MƏHV ETDİ
Türkiyə ordusu terrorçuları MƏHV ETDİ
Türkiyə ordusu 2 PKK-çını məhv etdi
Türkiyə ordusundan DAHA BİR ZƏRBƏ: Məhv edilən terrorçu sayı 53-ə çatdı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 