Bazar günü Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşün nəticələri onu deməyə əsas verir ki, Cənubi Qafqazın gündəliyini müəyyən edən ölkə məhz Azərbaycandır.
Bunu açıqlamasında deputat Aydın Hüseynov deyib.
Onun sözlərinə görə, görüşün yekunu ilə bağlı verilən açıqlamaya diqqət yetirmək dediklərimizi sübut edir. “Düzdür, Ermənistan tərəfinin sərgilədiyi mövqe nəticəsində yekunda ciddi nəticə olmasa da, danışıqların Azərbaycan tərəfinin təklif etdiyi gündəlik əsasında keçdiyini görmək olar. Bunu isə Azərbaycanın danışıqlar masasındakı növbəti uğuru hesab etmək olar. Yəni Ermənistan-Azərbaycan münaqişəsinin həllində Qərbin mövqeyinin Azərbaycanın mövqeyi ilə üst-üstə düşdüyünü müşahidə edirik”- deputat qeyd edib.
O əlavə edib ki, görüşdə çox güman münaqişənin həll edilib, sülh sazişinin imzalanaraq Cənubi Qafqazda dayanıqlı sabitliyin və əməkdaşlığın yaranması üçün Ermənistan tərəfinə müəyyən təzyiqlər edilməsi də istisna deyil: “Bunun üçün üçtərəfli görüşün yekun bəyanatına diqqət etmək yetər. Yekun bəyanatda demək olar ki, Azərbaycanın sülhün əldə edilməsi üçün irəli sürdüyü təkliflər ətrafında razılıq əldə edilib. Qarabağda yaşayacaq etnik ermənilərin gələcək hüquqlarının və təhlükəsizliyinin təmin olunması məsələsinə gəldikdə isə Azərbaycan tərəfinin mövqeyi birmənalıdır. Cənab Prezident İlham Əliyev Qarabağda yaşayan ermənilərlə bağlı mövqeyini açıqlayaraq bəyan edib ki, hazırda reinteqrasiya prosesi gedir. Azərbaycan digər vətəndaşları kimi etnik ermənilərin də hüquqlarının və təhlükəsizliyinin təmin olunmasına qarant olduğunu hər zaman bəyan edib.
Sonuncu Brüssel görüşü onu da göstərdi ki, ermənilərin artıq sülhdən yayınıb, manipulyasiya etmək istiqamətində manevr imkanları tükənir. Artıq vaxt itkisi Ermənistanın ziyanına işləyir. Çünki yekunda sülh sazişi Azərbaycanın diqtə etdiyi təkliflər əsasında imzalanacaq. Vaxtın uzanmasından isə itirən tərəf isə Ermənistan olacaq. Ona görə də Ermənistan reeallığı dərk edib, fürsəti dəyərləndirməlidir. Bilməlidir ki, bir zamanlar ona dəsətk verənlər artıq o gücdə deyil və onların da öz maraqları var. Həmin ölkələr də öz maraqlaırnı ermənilərin maraqlarına qurban vermək niyyətində deyil. Odur ki, Ermənistan tərəfi bundan ciddi nəticə çıxarmalıdır.
Zaman Azərbaycanın xeyrinə işləyir. Qərb Azərbaycanın Cənubi Qafqazda yaratdığı reallığı qəbul edir və onu dəstəkləyir. Ona görə də Qərb Ermənistanı tez bir zamanda Azərbaycanla sülh sazişi imzalamağa sövq edir və buna hər vasitə ilə dəstək verəcəyini bəyan edir. Bu qeyd etdiklərim özünü istər bir neçə gün öncə ABŞ prezidenti Co Baydenin Azərbaycan Prezidenti cənab İlham Əliyevə ünvanladığı məktub, istərsə də Aİ Şurasının Şarl Mişellə keçirdiyi görüşdə müzakirə olunan məsələlər və Azərbaycana verilən dəyər, istərsə də ötən həftə Litva prezidentinin Azərbaycana səfəri və əldə edilən razılaşmalar sübut edir. Artıq Azərbaycan Qərbin diqqət mərkəzində olan bir ölkəyə çevrilib və ölkəmizin dünyada sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində verdiyi töhfə yüksək dəyərləndirilir”.



İlham Əliyevlə Şarl Mişel arasında təkbətək görüş keçirildi VİDEO - YENİLƏNDİ
Bakı düşünür ki, münaqişə bitib - Paşinyan
Mişel bu gün keçirilən görüşlə bağlı məlumat yaydı
İlham Əliyevlə Paşinyan görüşəcək
Brüsseldə üçtərəfli görüş başladı
Şarl Mişellə Nikol Paşinyan Brüsseldə görüşdülər
İlham Əliyevin Şarl Mişellə təkbətək görüşü keçirildi - YENİLƏNDİ
Şarl Mişel İlham Əliyevə zəng etdi
Azaraq Azərbaycan ərazisinə keçmiş erməni əsgər geri qaytarılacaq
İlham Əliyev Şarl Mişellə görüşdü (YENİLƏNDİ)
İlham Əliyev Paşinyanla Brüsseldə görüş keçirəcək
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 