Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) rəqəmsal idarəçiliyin inkişafı, daxili idarəetmə proseslərinin optimallaşdırılması və elektronlaşdırılması, bu sahədə çevik və effektiv idarəetmənin təmin edilməsi məqsədilə Avtomobil Yolları İnformasiya Sistemi (AYİS) yaradıb.
ONN media xəbər verir ki, bununla bağlı bu gün qurum təqdimat keçirib.
Təqdimatda bildirilib ki, 6 aylıq sınaq müddəti ərzində Agentliyin aparatının bütün işçiləri pandemiya qaydalarına əmək edilməklə proqram təminatından istifadəyə dair fərdi təlimlərə cəlb edilib, Agentlik daxilində bütün yazışma və kargüzarlıq fəaliyyəti yazılı, eləcə də elektron qaydada AYİS-dən istifadə edilməklə paralel şəkildə həyata keçirilib. Sınaq müddətində AYİS-də Agentliyin Aparatının işçiləri, eləcə də AAYDA-nın tabeliyindəki MMC-lərdə çalışan nomenkulatur işçilər də nəzərə alınmaqla 553 ədəd şəxsi istifadəçi kabineti yaradılıb və bu günə qədər 15 mindən artıq sənəd AYİS-də qeydiyyata alınıb. Əlavə olaraq, Agentliyin Aparatının işçi heyətinin AYİS-ə uyğunlaşması prosesinin əsası qoyulub, eyni zamanda proqram təminatının funksionallığı ilə bağlı nöqsanlar aradan qaldırılıb.
AYİS proqram təminatında informasiya axınının gedişi işçi qaydada Agentliyin subordinasiya qaydaları rəhbər tutulmaqla aparılır. Yaxın gələcəkdə Agentliyin tabeliyində olan MMC-lərin də AYİS-ə inteqrasiyası nəzərdə tutulub. Ümumilikdə, 4 tipdə sənəd qeydiyyatı – daxil olan sənəd, xaric olan sənəd, daxili yazışmalar, əmr, sərəncam və qərarlar vahid platformadan istifadə edilməklə həyata keçirilir.
Bu il AYİS proqram təminatından istifadə etməklə 3701 xaric olan sənəd qeydiyyata alınıb ki, bunun 714 ədədi vətəndaşların müraciətləri ilə bağlı olub. Agentlikdə informasiya ehtiyatlarının qorunması, sistemə kənar müdaxilələrin qarşısının alınması, informasiya proseslərinin mühafizəsi, sabitliyi, fasiləsizliyi, kibertəhlükəsizlik sahəsində risklərin qiymətləndirilməsi, eləcə də proqram təminatının təkmilləşdirilməsi məqsədilə Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədovun 26 aprel 2022-ci il tarixli əmri ilə AYİS-in Təhlükəsizlik Komissiyası yaradılıb. "Karguzarlıq”, “Hesabatlar”, “İnsan resursları” və "Vətəndaşların qəbulu” modullarının tətbiqini əhatə edən bu sistem müvafiq sənədlərin hazırlanmasında və yayılmasında effektivliyin artması, sənədlərin elektron resurslarda daim saxlanılmasına, icrasının operativ həyata keçirilməsinə, kadrların peşəkarlıq səviyyəsininin artırılmasına, vətəndaşların suallarının ən qısa zamanda cavablandırılmasına və bu prosesi daha şəffaf etməklə, müvafiq dövlət qurumları və vətəndaşlarla əlaqələrin möhkəmlənməsinə müsbət təsir edəcək.



Ödənişli yolda veteranlar üçün güzəşt var?
Naxçıvanda yeni dövlət agentliyi yaradıldı
Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyi yaradılıb
Neftçalanın bərbad yolları – AAYDA nə vaxt təmir edəcək?
Bu qurum "Asan Xidmət" dən alındı
Qarabağda yol tikintisi ilə bağlı RƏSMİ AÇIQLAMA
Bakıda bu yol satılıb?- Rəsmi
Şöbə rəisi vəzifədən azad edildi - AAYDA AÇIQLADI
Bu avtomobil tunelində hərəkət yenə dayandırılır
Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ
Azərbaycanda yeni qurum yaradıldı
Sürücülərə hava şəraiti ilə bağlı VACİB XƏBƏRDARLIQ
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 