Hazırda Azərbaycanın azad edilmiş ərazilərində Avtomobil Yolları Dövlət Agentliyi, digər yerli şirkət və iki Türkiyə şirkəti tərəfindən Şuşa şəhəri istiqamətində yol tikintisi üzrə genişmiqyaslı iş aparılır. ONN media bildirir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. O bildirib ki, layihə 5 hissəyə bölünüb: "Dağlıq, çətin keçilən ərazilərdə, eləcə də meşə massivləri olan ərazilərdə yerləşən yolların tikintisi ilə bağlı iki hissədə işlər türk şirkətləri tərəfindən həyata keçirilir. Layihənin digər hissələri çərçivəsində işləri Azərbaycan şirkəti və bizim agentlik aparır".
A.Nəcəfli qeyd edib ki, paralel olaraq yolun genişləndirilməsi də həyata keçirilir: "Tikinti işləri əvvəllər yolların olmadığı bölgədə aparılır. Buna görə də yol sahəsinin genişləndirilməsi məqsədilə qrunt işləri reallaşdırılır. Bunun üçün zəruri texnika və işçi qüvvəsi cəlb edilib". Bundan başqa, Göygöl-Toğanalı, Kəlbəcər-İstisu, Kəlbəcər-Laçın, Horadiz-Mincivan-Ermənistan sərhədi istiqamətlərində yol tikintisi layihələri hazırlanır: "Bu layihələr müvafiq dövlət orqanları tərəfindən təsdiq edilməlidir. İşğaldan azad edilmiş ərazilərdə yol tikintisi layihələrinin təsdiq olunmasında sonra qeyd olunan ərazilərdəki işlərə Türkiyə və yerli şirkətlər, eləcə də AAYDA cəlb olunacaq".Qarabağda yol tikintisi ilə bağlı RƏSMİ AÇIQLAMA



Şuşa şəhərinə çəkilən ikinci yolda işlər sürətləndirilib - RƏSMİ
Gəncədən Kəlbəcər və Laçına yol çəkiləcək? – RƏSMİ AÇIQLAMA
Laçın yolundan yeni FOTOLAR
Kəlbəcərə yol çəkilişi BAŞLANDI
Şuşaya gedən xidməti yol istifadəyə verildi
Suqovuşan və Talış kəndlərinə gedən yolların bərpasına başlandı
Çökən yolda vəziyyət necədir?
Xudafərin- Laçın yolunun tikintisi sürətləndirildi
Füzuli-Hadrut avtomobil yolunun tikintisi sürətlə davam etdirilir
İşğaldan azad edilmiş bu ərazilərdə yeni yollar salınacaq
Şuşaya gedən yol BU TARİXDƏ AÇILACAQ
Qarabağda bu yolun inşasına başlanıldı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 