“Havelsan” şirkəti Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığı Araşdırma Mərkəzi Komandanlığı ilə birlikdə hazırladıqları “Advent” Döyüş İdarəetmə Sistemini (SYS) Azərbaycanın yeni inşa edilən dəniz patrul gəmilərində istifadə etməyi hədəf seçib.
ONN media xəbər verir ki, bu barədə Türkiyənin “Havelsan”şirkətinin baş direktoru Mehmet Akif Nacar bildirib.
"Danışıqları yekunlaşdırdıq, Türkiyədə istifadə olunan sistemləri nümayiş etdirdik. Mövcud gəmilərin modernləşdirilməsi üçün danışıqlar aparırıq. “Advent” ilə Azərbaycanın Hərbi Dəniz Qüvvələri müasir və üstün döyüş idarəetmə sisteminə sahib olacaq”, - o deyib.
Nacar bu il Azərbaycan üçün ixrac və biznesin inkişafı fəaliyyətlərinin daha da intensivləşəcəyini bildirib:
"İllərdir Türkiyə Silahlı Qüvvələrinə təqdim etdiyimiz yüksək texnologiyalı məhsul və həllərimizi dost və qardaş ölkə Azərbaycanın müvafiq qurumlarının xidmətinə təqdim etmək istəyirik”.
Mehmet Akif Nacar vurğulayıb ki, təhlükəsizlik sistemləri həlləri çərçivəsində “Havelsan” tərəfindən hazırlanan barmaq izi tanıma sistemi ilə Türkiyə dünyada öz imkanları ilə biometrik məlumat sistemini inkişaf etdirən 7-ci ölkə olub.



NATO-nun ƏN GÜCLÜ ORDULARI - SİYAHI
İranın Xəzərdə Türkiyə QORXUSU: Tehran təlimlərdən narahatdır
Azərbaycan Türkiyədən bu məsələ ilə bağlı razılıq aldı
Azərbaycan və Türkiyənin bu təlimi başa çatdı
İtkilər çoxdur, ruslar dəniz piyadalarını Ukraynaya göndərir
Rusiya hərbi gəmiləri Türkiyədən keçdi
Türkiyə ordusunun komandanlığı Azərbaycanda
Rusiyanın hərbi gəmiləri Bakıya gəld
Xəzərdə gəmilərin hərəkəti üçün təhlükə varmı? - Rəsmi açıqlama
"Qardaş yumruğu" düşməni qorxuya saldı
İran və Rusiya gəmiləri Bakı limanını tərk edir
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 