Azərbaycan və Türkiyə arasında BARKAN yerüstü döyüş robotunun alınması ilə bağlı ilkin razılıq əldə olunub.
ONN media xəbər verir ki, bu barədə "report"a Türkiyənin HAVELSAN şirkətinin layihə müdiri Veysel Ataoğlu məlumat verib.
Onun sözlərinə görə, İstanbulda keçirilən "SAHA EXPO 2022" müdafiə, aerokosmik və kosmik sənayesi sərgisi çərçivəsində bununla bağlı iki ölkə arasında danışıqlar aparılıb: "Yaxın vaxtlarda BARKAN yerüstü döyüş robotu Azərbaycanın Silahlı Qüvvələrinin arsenalına daxil ediləcək".
Qeyd edək ki, Türkiyənin HAVELSAN şirkəti tərəfindən istehsal edilən və ümumi ağırlığı 380 kq olan BARKAN yüklərin daşınması və ya yedəklənməsi, yaxından mühafizənin təmin edilməsi, silahlı kəşfiyyatdan mina və partlamamış hərbi sursatların zərərsizləşdirilməsinə qədər müxtəlif vəzifələri yerinə yetirmək qabiliyyətinə malikdir.
Bu ilin mart-aprel aylarında ilk nümunəsi istehsal olunan BARKAN Türkiyə Silahlı Qüvvələri tərəfindən uğurla sınaqdan keçirilib.
Xatırladaq ki, oktyabrın 25-də İstanbul şəhərində 876 şirkət və 24 universitetin iştirakı ilə "SAHA EXPO 2022" müdafiə, aerokosmik və kosmik sənaye sərgisi öz işinə başlayıb. Azərbaycanın qonaq qismində milli stendi ilə qatıldığı tədbirdə ölkəni müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə sənayesi naziri Mədət Quliyevin rəhbərliyi altında nümayəndə heyəti təmsil edir



Türkiyədən Azərbaycanın hərbi gəmiləri ilə bağlı - Yenilik
Hulusi Akar: Azərbaycanın müdafiə ehtiyaclarını ödəyə bilirik
Azərbaycan zirehli texnika istehsal edəcək
Bu, Azərbaycanla əlaqələrimizin yeni mərhələsidir
Bu hərbi texnika türk ordusunun sərəncamına verildi - Foto
Azərbaycanın Türkiyədən aldığı yeni helikopter- VİDEO
Azərbaycan PUA-ları Türkiyədə
"Qardaş yumruğu" düşməni qorxuya saldı
Zakir Həsənov İsmayıl Dəmirlə görüşdü
Türkiyədən SON DƏQİQƏ Qarabağ AÇIQLAMASI
Bu hadisə Türkiyə üçün qürur mənbəyidir- Ərdoğan
Müdafiə Nazirliyi yeni məlumat yaydı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 