İtalyan aviaşirkətinin pilotu Fransa hava məkanında hərəkəti idarəetmə mərkəzinin çağırışlarına cavab vermədiyi üçün döyüş təyyarələri terror xəbərdarlığına keçib.
Nyu-York Con Kennedi Beynəlxalq Hava Limanından Roma-Fiumicino Beynəlxalq Hava Limanına uçan Airbus A330 təyyarəsi Fransa hava məkanından keçərkən hava hərəkətinə nəzarət mərkəzinin zənglərinə cavab verməyib.
Təyyarə ilə 10 dəqiqəlik təmas olmadıqdan sonra Fransanın hava idarəetmə mərkəzi həyəcan vəziyyətinə gətirilib.
Uçuşun qarşısını almaq və vəziyyəti öyrənmək üçün iki Fransız döyüş təyyarəsi təcili olaraq havaya qalxıb. Terror aktı ilə bağlı xəbərdarlıq edilib.
Peyk telefonları və sonra ACARS (Aircraft Communication Addressing and Reporting System) mesajları vasitəsilə 10 dəqiqə ərzində uçuş heyətinə çatmağa cəhd edilib. 10 dəqiqəlik sayıqlıqdan sonra uçuş heyəti ilə əlaqə yaradılıb.
Hadisənin dəqiq səbəbi nə aviaşirkət, nə də səlahiyyətlilər tərəfindən açıqlanmayıb.
Lakin hadisə ilə bağlı ilk məlumat verən İtaliyanın gündəlik qəzeti “Repubblica” hadisənin kapitanın yuxuya getməsindən sonra baş verdiyini iddia edib.
Uçuş heyəti bu iddianı təkzib edərək rabitə sistemində nasazlığı əsas gətirsə də, araşdırma zamanı sistemdə hər hansı nasazlıq aşkar edilməyib.
Kapitanın yuxuya getdiyi nəhayət başa düşüldükdən sonra pilot işdən qovulub.



Qara dənizdə ABŞ və Rusiya döyüş təyyarələri arasında GƏRGİNLİK YAŞANDI
Yaponiya qırıcıları da havaya qalxdı- ŞOK
Rusiya qırıcıları Fransa təyyarələrini izlədi
AZAL-ın təyyarəsi tufana görə GERİ QAYITDI
Türkiyə hava məkanını bağladı
Moskva- Türkiyə təyyarəsində bomba həyəcanı yaşanıb
Bu ölkə Fransa üçün hava məkanını bağladı
AZAL-ın təyyarəsi Milan Hava Limanına təcili eniş etdi
ABŞ təyyarələri Rusiya sərhədinə yaxınlaşdı
Bakı-Moskva təyyarəsi yarı yoldan niyə geri qayıtdı?
Tiflisə uçan təyyarə geri qayıtdı
Rusiya və Türkiyə təyyarələri hadisədən son anda yayınıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 