İgid əsgərimizi tanıyaq.
Nicat Fərman (Ağayev) Faiq oğlu 12.12.1993 - cü il Cəlilabad rayon Uzuntəpə kəndində dünyaya gəlib. 2011-ci ildə Uzuntəpə kənd E.Yusubov adına tam orta məktəbi bitirib. 2012-ci il Mingəçevir Turizm kolleci "Turizm və onun təşkili" üzrə təhsil alıb 2015-ci ildə "Menecer" olaraq təhsilini başa vurub. 2021-ci ildə İqtisadi zonaların inkişaf agentliyi nəzdində açılmış Peşə Təhsil Mərkəzində Avtomatika üzrə usta ixtisası üzrə təhsil alıb. 2022-ci ildə təhsilini başa vurub. Yaradıcılığa 2008 - ci ildə başlayıb.
Ilk şeiri "Sən yaşarsanmı" olub. İlk dəfə " Günəşin Nuru 1", "Günəşin Nuru 3" antologiyasında, 2021-ci ilin dekabr buraxılışında Xəzan ədəbi-bədii jurnalında, 2022-ci ildə "Əbədi Sevgi -Vətən" antologiyasında şeirləri çap edilib.
Nicat Fərman 2020-ci il Sentyabrın 27-si işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda Könüllü olaraq Vətən savaşına qatılıb.
Cəbrayıl, Qubadlı uğrunda gedən döyüşlərdə yaxından iştirak edib. 2020 - ci ilin dekabr ayının 27 də ordudan təxris olunana qədər, Şuşa və Xocavənd ərazisində şərəfli xidmətini davam etdirib.
ONN media Nicat Fərmanın bəzi şeirlərini oxuculara təqdim edir.

MƏN VƏTƏNƏM
Mən Vətənəm-
Adım bəlli, soyum bəlli, köküm bəlli.
Tarix boyu savaşaraq,
Verdiyim hər hökm bəlli.
Mən Vətənəm-
Kimlər bizə tələ qursa,
Oyununu pozacağam.
Bir gün gedib Göyçə göldə
Qırmağımı atacam-
Göyçənin qızıl balığın
Bişirəcəm Ərdəbildə...
Mən Vətənəm-
Sərhəddimin ucu Təbriz;
Bir ucunda Göyçə gölü,
Bir ucunda Dərbəndim var,
Bir ucunda mavi dəniz...
Mən Vətənəm-
Parça-parça olmağıma baxmayın siz:
Hər parçada min şəhidim,
Hər parçada qan izim var-
Neçə-neçə sərkərdələr,
Neçə-neçə xan izim var...
Mən Vətənəm-
Qapınızı döydüyümdə
Düşünmədən açın... Mənəm!
Zəncan, Xoyam, Borçalıyam.
Şuşa mənəm!
Laçın mənəm!
Üfüqlərdə işıq saçan
Turk ulusu Turan mənəm:
Mən Vətənəm,
Vətən mənəm!

ÜZÜN AĞ OLSUN ŞƏHİD
Biz döyüşə yollandıq,
Günün günortasında.
Quş əvəzi mərmilər
Uçuşurdu səmada.
Anaların duası,
Sədd çəkirdi bədənlə
Mərminin arasında.
"İrəli,qardaşlarım!
Çağırır Vətən bizi".
Qoxusunu aldığım
Bu torpağa, İlahi,
İllər sonra ilk dəfə
Biz saldıq ayaq izi.
Candan əziz dünyada
Nə ola bilər axı?
Bu sualın cavabın
Atəş açanda yağı
İlk şəhid verdiyim an
Şəhidin üzündəki
Təbəssümlə anladım:
"Vətən, Vətən torpağı."
Son sözündə yoldaşım
Xırıltılı bir səslə
"Vətən sağ olsun",- dedi.
Üzü elə ağardı,
Elə gözəl göründü,
Sanki vətən dil açıb
Övladına son anda:
"Üzün ağ olsun,şəhid,
Üzün ağ olsun",dedi.

VƏTƏN
Vətən eşqdir ki, bu eşq ancaq ürəklərdə bitir.
Vətənin xoş amalı, arzu-diləklərdə bitir.
Bu elə eşqdir ki, sevdinsə, şəhadətdi sonu
Canı torpağa verir, ruhu fələklərdə bitir.
Bu vətən bizlər üçün ərənlərin oylağıdır.
Düşmənin bağrına dərd sərənlərin oylağıdır.
Hər qarış torpağı pakdır və müqəddəsdir,çün
Bu vətənçün canını verənlərin oylağıdır.
Yandırıbdır otuz il, dağı vətən torpağının,
Qaldı həsrətdə daşı, dağı vətən torpağının.
Şükür olsun sənə, ya Rəbb, ayrılıq çatdı sona,
Payı olmaz, anladı yağı, vətən torpağının.
Doğmadır hər qarışı, cismidə canımdı vətən,
Hər daim əsgəriyik, zövq ilə, şanımdı vətən,
Şuşadan seyr edirik azad olan yurdumuzu
Ən qürur duyduğum an, bil ki bu anımdı,Vətən!



Vətən müharibəsində şəhid olan müəllimlərimiz
Bu gün şəhid Rəşad Babayevin doğum günüdür
Ötən il məktəbi bitirənlərin 25 faizi təhsilini davam etdirməyib
Ən yaxşı aktrisa o seçildi
Nazir bu xanıma YÜKSƏK VƏZİFƏ verdi
Emin Əmrullayev ona VƏZİFƏ VERDİ
SON DƏQİQƏ: Nailə Mirməmmədli vəfat etdi
Heydər Əliyev Sarayına direktor TƏYİN EDİLDİ
Prezidentin vəzifə verdiyi xanım kimdir? - DOSYE
Yeni nazir özünə müşavir təyin edib – Qəhrəman Kazımov kimdir?
Prezidentin icra başçısı təyin etdiyi Rəşad Tağıyev kimdir? - DOSYE
Leyla Əliyevə şəhid Samirin ailəsinin evində olub
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 