“Əgər əvvəl İrəvan yalnız Rusiyaya tabe idisə, indi üç düşərgə yaranıb”
Qarabağ münaqişəsi ətrafında döyüş əməliyyatları 2018-ci ilin payızında başlaya bilər.
ONN media Turkustan.info-ya istinadən xəbər verir ki, bu barədə rusiyalı politoloq Oleq Kuznetsov Rusiyada keçirilmiş prezident seçkilərinin nəticələri ilə bağlı Bakıda keçirilmiş konfransda bildirib.
Politoloq müharibə üçün payızın seçilməsini dağlıq ərazilərin qışda və yayda müharibə üçün əlverişsiz olması ilə izah edib. Oleq Kuznetsov Rusiyanın bu müharibəyə münasibətinin Ermənistanda hansı qüvvələrin aparıcı olmasından asılı olacağını vurğulayıb. Onun sözlərinə görə, Ermənistan Rusiyadan uzaqlaşdıqca Rusiyanın da ona dəstəyi azalacaq.
Politoloqun fikrincə, Ermənistanda hazırda Rusiyanın məğlubiyyəti yaşanır: “Kreml İrəvan üzərindəki əvvəlki təsirini itirməyə başlayıb… Əgər əvvəllər Rusiyapərəst qüvvələr aparıcı idilərsə, indi durum dəyişir, bu, müxtəlif ölkələrdən gələn maliyyələşmə ilə bağlıdır”.
Kuznetsov qeyd edib ki, hazırda Ermənistanda bir neçə siyasi düşərgə – Avropa yönümlü, Amerika yönümlü və Rusiya yönümlü düşərgələr yaranıb: “Hazırda Ermənistan üzərində nəzarətin artırılması məqsədi ilə siyasi sərmayələr obyektinə çevrilib və əsas vəzifələrə gözlənilən adamlar gətirilmir”.
“Avropa sərmayələri keçmiş Böyük Britaniya vətəndaşı Armen Sarkisyanın prezident seçilməsi ilə möhkəmlənib. Amerika sərmayələrinin alınması üçünsə hökumətin və ya maliyyə nazirliyinin başında ABŞ-ın adamının olacağı gözlənilir”,- deyən O.Kuznetsov bildirir ki, Rusiya da öz adamını – Karen Karapetyanı baş nazir təyin etdirmək istəyir.
Lakin Ermənistandakı vəziyyət onu göstərir ki, hakim Respublika Partiyası heç də Karen Karapetyanı baş nazir görmək niyyətində deyil. Hakimiyyətdə olan Qarabağ klanı Serj Sarkisyanı baş nazir görmək istəyir. Təbii ki, baş nazir Sarkisyan seçilərsə, Rusiya mümkün Qarabağ müharibəsində laqeyd qala bilər.



Qarabağda silahlı münaqişə baş verə bilər- Ekspert
Paşinyandan ilk müharibə etirafı
ABŞ-ın torpaqlarımızda QORXUNC PLANI
Rusiyalı tarixçi erməni terrorizmini ifşa edəcək - Oleq Kuznetsov
ABŞ Qarabağda müharibə istəyir?
NATO Rusiyanı savaşa təhrik edir - Bloxin
Moskvadan Qarabağla bağlı gizli TƏKLİF
Ermənistanda hamı bundan qorxur – ŞOK AÇIQLAMA
Qars sazişi sərhədlərinə qayıdış başladı - SENSASİYA
Ordumuz İrəvana girə bilərmi? – Politoloq DETALLARI AÇDI
Çıqanok: "Rusiya İrəvana görə Azərbaycana müdaxilə etsə…"
Xankəndi Azərbaycanın nəzarətinə keçir- Oleq Kuznetsov
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 