Qarabağ ətrafında vəziyyətin gərginləşməsini mən öncədən proqnozlamışdım. Hələ o zaman aydın görünürdü ki, yeni hərbi şəhərciklərin və poliqonların tikintisi üçün yerlər elə seçilib ki, onlar bütün əsas əməliyyat və maddi-texniki təchizat xətlərini bağlaya bilsinlər.
Bu sözləri rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov müsahibəsində deyib.
“Şəxsən mənim üçün təəccüblü heç nə yoxdur ki, Qarabağda xüsusi əməliyyat başlandı: bu, asanlıqla təxmin edilən, proqnozlaşdırıla bilən, hətta açıq-aydın görünən bir məsələ idi. Mənə bunun nəticəsi aydın görünürdü: Azərbaycan heç bir əlavə qüvvə və vasitələrin səyi olmadan və ya şəxsi heyət itkisini minimuma endirmək üçün onlardan ən səmərəli şəkildə istifadə etməklə öz hərbi-siyasi məqsədlərinə nail olacaq. Qarabağın bütün ərazisi Azərbaycanın nəzarətinə keçəcək.
Rusiya mətbuatında Qarabağ ətrafında baş verənlərə münasibətə gəlincə, demək olar ki, o yox səviyyəsində idi. Bu mövzuda ara-sıra nəşrlər Rusiya mətbuatında çıxdı. Azərbaycan Ordusunun Qarabağda erməni separatçılarının qanunsuz silahlı dəstələrinin qalıqlarına qarşı əməliyyatı 2020-ci ildə olduğu kimi diqqəti cəlb etmədi. Görünür, bu vəziyyət Bakıda hesablanıb və özünü tam doğruldur.
Tamamilə göz qabağındadır ki, Rusiya sülhməramlıları Azərbaycan hərbçiləri ilə erməni terrorçuları arasında canlı qalxan rolunu oynamayacaqlar - buna yenə də 2020-ci ildə inanmaq olardı, amma 2022-ci ildə - heç vaxt. Bunun bir neçə izahı var.
Birincisi, Rusiya sülhməramlı kontingentinin şəxsi heyəti son il yarım ərzində bir neçə dəfə rotasiyaya məruz qalıb, komandirlər, zabitlər və əsgərlər dəyişdirilib, buna görə də hazırda Qarabağda kifayət qədər ideoloji cəhətdən doldurulmuş sülhməramlıların ilk tərkibinin əvəzinə, sadəcə atəşkəsləri qeyd edən və asayişi təmin etməyə cəhd edən rusiyalı “hərbi polislər” durub.
İkincisi, son bir il yarım ərzində Rusiyanın hərbi-siyasi rəhbərliyinin geosiyasi prioritetləri əhəmiyyətli dərəcədə dəyişdi. Bu da öz növbəsində Qarabağda sülhməramlıların ermənipərəst davranış nümayiş etdirməyə məcbur etmir.
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi xüsusi əməliyyata şəxsi münasibətimə gəlincə isə, 2020-ci il sentyabrın 27-də olduğu kimi, indi də mən Azərbaycan Ordusunun yanındayam!” - deyə həmsöhbətimiz bildirib.//Axar.az



Ermənistan Bakıya bu əraziləri də verməlidir - RUSİYALI EKSPERT
Kuznetsov AÇIQLADI: Qarabağda müharibə bu tarixdə bitəcək
Qars sazişi sərhədlərinə qayıdış başladı - SENSASİYA
“Noyabrın 10-da Araik vertolyotla Bakıya aparılacaqdı...” - Kazaryandan ŞOK AÇIQLAMA
Bakı bu əraziləri də öz nəzarətinə götürdü – Mnatsakanyan
Qarabağda döyüş bu il başlayacaq
Rusiyalı tarixçi erməni terrorizmini ifşa edəcək - Oleq Kuznetsov
Ordumuzun nəzarətinə keçən yüksəkliklər XƏRİTƏDƏ GÖSTƏRİLDİ
Ordumuza Rusiyadan yardım gəldi
Ermənistanda hamı bundan qorxur – ŞOK AÇIQLAMA
SON DƏQİQƏ: Ermənilər Şuşanın su borusunu partlatdı
Qarabağa silah daşınmasına MN və XİN-dən cavab
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 