"Hindistanla Azərbaycan arasında tarixi əlaqələr var".
ONN media xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Hindistanın xarici işlər naziri Suşma Svarac ilə keçirilən görüşdən sonra mətbuat konfransında deyib.
E.Məmmədyarov bildirib ki, hindistanlı həmkarı ilə bu gün keçirilən görüş zamanı siyasi, iqtisadi, enerji, nəqliyyat, ticarət, turizm və s məsələlərə toxunulub. Nazir bildirib ki, Hindistan tərəfinin təklifi ilə may ayında Azərbaycan-Hindistan hökumətlərarası komissiyanın növbəti görüşünün keçirilməsi planlaşdırılır.
Nazir həmçinin qeyd edib ki, bu gün Azərbaycan hökuməti ilə Hindistan hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında saziş və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin ADA Universiteti və Hindistan Xarici İşlər Nazirliyinin Xarici Xidmət İnstitutu arasında və Hindistan Xarici İşlər Nazirliyinin Xarici Xidmət İnstitutu arasında anlaşma memorandumu imzalanıb.
Hindistanlı nazir də Azərbaycana səfəri çərçivəsində səmərəli müzakirələrin aparıldığını, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyini diqqətə çatdırıb.



Azərbaycanla Hindistan arasında iki sənəd imzalanıb
Daha bir ölkə ilə vizasız gediş-gəliş mümkün olacaq
Azərbaycan və Serbiya arasında bir neçə sənədlər imzalandı
Rusiya ilə əlaqələr strateji xarakter daşıyır – XİN
Məmmədyarov Moskvada Lavrovla görüşdü
Bakıda Azərbaycan və Hindistan XİN rəhbərlərinin görüşü keçirilir
Azərbaycan bu ölkə üçün vizanı ləğv etdi
Pakistan və Hindistan arasında nə baş verir?
Hindistan XİN rəhbəri: “Nəqliyyat dəhlizlərinin yaradılmasında maraqlıyıq”
Azərbaycan və Hindistan arasında Hökumətlərarası Komissiyanın 5-ci iclası keçirilir
Komissiyanın tərkibində dəyşiklik
Azərbaycan və İraq arasında sənədlər imzalandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 