- Asim gələn kimi, onu evləndirəcəm. Deyəcəm ki, öz seçdiyi qızla ailə həyatı qursun, mən qarışmayacam.
Bunu deyəndən sonra, Gültəkin ananın üzündə təbəssüm yaranır, gülümsəməyə başlayır. Halbuki bir neçə dəqiqə əvvəl söhbətimizdə göz yaşları dayanmırdı, amma az sonra gülür. Özünü toparlayır, heç nə olmamış kimi...
Bir neçə dəqiqənin ərzində anlayırsan ki, Asim, Gültəkin ananın həm sevinci, həm də kədəridir.
Mən burada, Ağcabədinin ən sonuncu kəndində - Yuxarı Qiyaməddinlidə Gültəkin ananın qarşısında susub farağatda dayanıram.
Azərbaycan boyda ürəyi olan qadının özünəinamı qarşısında baş əyirəm, artıq məni də inandırmağa başlayır və bunu da bacarır ki, Asim gələcək, mütləq gələcək.
ONN media xəbər verir ki, Mehdiyevlər ailəsinin inamı evin həmişə açıq qalan darvazasından başlayır. İki ildir örtülməyən darvazanın açıq qalmasının tarixi 2020-ci ilin noyabrın 7-nə, MAXE Asim Mehdiyevin Vətən Müharibəsində itkin düşdüyü günə təsadüf edir. Ailənin övladı 44 günlük döyüşlər nəticəsində itkin düşmüş 6 hərbçimizdən biridir.
Həm də evin tək oğlu, üç bacının bir qardaşı, ailənin 2001-ci il təvəllüdlü sonbeşiyi...
Gültəkin ana belə danışandan, oğlunun toyunu etməklə bağlı xəyallar qurandan sonra, ona ünvanlayacağım, amma ana üçün ağır və kədərli olacaq suallar boğazımda düyünlənir. Daha deyə bilmirəm ki, anam, canım anam, hər şeyə, hər xəbərə hazırsanmı?
Deyə bilmirəm, çünki Gültəkin ana bütün cümlələri gələcək zamanda qurur, həm də "gələcək!"lə başlayan sözlə... Və digər heç nəyi qəbul etmir, yaxınına buraxmır, düşüncəsinə də gətirmir.
Deyir, mən yuxuda da görmüşəm, anayam, ona süd vermişəm, hiss edirəm, düzdür, ayağında yarası var, amma gələcək.
Bu cümlələrdən sonra necə sual verim axı? Mən ki, daşdan, dəmirdən deyiləm.
Anası deyir, kişi üçün evlənmək yaşı 25 yaxşıdır. Düzdür, Asimin 21 yaşı var, amma gələn kimi evləndirəcəm.
Reportajımız yekunlaşır, Bakıya qayıtmağa hazırlaşırıq. Ailə ilə sağollaşrıq, Asimin atası Yaqub dayının əlini sıxıram. Bu məqamda Gültəkin ana özünəinamın möhürünü vurur:
- Asim gələndə, siz yenə çəkilişə gələrsiniz..// Milli.az



Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid dəfn ediləcək
Azərbaycan təhsilində şok:70 UNİVERSİTET LƏĞV OLUNUR?
Gültəkin Hacıbəylini kim və niyə şikayət etdi?
Asim Xudiyev Kosovo–Almaniya oyununa təyinat alıb
Məhkəmə Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi
Ermənistanın itkin hərbçilərinin sayı 1 530-a çatır
Bu, çox mühüm layihədir - Asim Mollazadə
20 gün əvvəl itkin düşən qadının meyiti hovuzdan tapıldı
2021-ci il də artıq qələbələrlə başlayır - İlham Əliyev
Kürdəmirdə AĞIR QƏZA: Avtomobil yanaraq külə döndü, bir ailənin 5 üzvü...
Qarabağda itkin düşənlərin ailələrinə MÜRACİƏT
Qadın güləşçilərimiz medal qazandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 