Kahramanmaraşda dağıntılar altında həyatını itirən qızının əlini buraxmayan Mesut Hançerin fotosu bütün dünyanı ağlatdı.
On minlərlə dəfə paylaşılan kadrları lentə alan və sosial mediada milyonlarla dəfə baxılan beynəlxalq xəbər agentliyi “Agence France-Presse” xəbər agentliyi “Türk atanın acısı zəlzələ faciəsinin simvolu oldu” başlıqlı xəbər təqdim edib.
Ata 15 yaşlı qızı İrmakın ölümünə baxmayaraq, onun əlini buraxmaq istəməyib. Fotonu çəkən AFP-nin fotomüxbiri Adem Altan deyir ki, zəlzələ baş verən kimi getdiyi Kahramanmaraşda səssizcə yas tutan Mesut Hançeri görüb, ondan gözünü ayıra bilməyib, o kədərli anları təxminən 60 metr aralıdan kamerasına yansıdıb. Hançer Altanı yanına çağırıb titrək səslə “Övladımın şəklini çək” deyib.
Fotomüxbir Altan, “Fotonu çəkəndə çox kədərləndim. Öz-özümə “Nə ağrıdır” deyə təkrarlayırdım. Göz yaşlarımı saxlaya bilmədim”, - deyir.
AFP bildirib ki, Hançer dünyanın və ölkəsinin onun kədərini görməsini istəyib. Dünya miqyasında təsir bağışlayan kadrlar ilk səhifədən “Wall Street Journal”-dan “Financial Times”-a qədər bir çox böyük nəşrlər tərəfindən verilib.
AFP fotomüxbiri özünün və qızının adını soruşduqda Hançer çətinliklə danışıb. Adem Altan yaşadıqlarını “Ağzından sözlər çətin çıxdı, ona görə də onunla çox danışa bilmədim” deyərək danışır.
Almaniyanın “Bild” qəzeti qızını dəfn edən kədərli ata Mesut Hançerlə qısa müsahibə edib. Onu Kapıçam qəbiristanlığında gördüyünü və hələ də fotoda narıncı palto geyindiyini bildirən nəşrin müxbiri Həmdi Gökbulut onunla dialoqu təqdim edib.
Mesut Hançer zəlzələ baş verən zaman yaşadıqlarını bu cümlələrlə izah edib:
“Kiçik qızım həmin gecə evdə olmayıb. Əmiuşaqları Kahramanmaraşa gələn İrmak onlarla nənəsinin evində qalmaq istəyib. Və onlar divanda yatıblar. Nənəsini çağırdığımda heç kim cavab vermədi. Qaçdım. Bir yandan da Allaha yalvarırdım ki, “evimiz salamat olsun, yıxılmasın”. Şahzadəmi yalın əllərimlə çıxarmaq istədim, amma sonda onu dağıntılar altında buraxmaq məcburiyyətində qaldım”.



Diriliş Ertoğrul ekranlara qayıdır
Kahramanmaraşda yenidən zəlzələ oldu
Zəlzələ nəticəsində yenidən ölənlər var
Kahramanmaraşda yenə zəlzələ oldu
Özil artıq "Fənərbaxça"da
Azərbaycanda çəkilən bu görüntü Türkiyədə İLİN FOTOSU SEÇİLDİ - VİDEO
Zəlzələnin viran qoyduğu Kahramanmaraş və Malatyada bərpa işləri yekunlaşır
Zəlzələ qurbanlarının sayı yenidən artdı
Zəlzələ kahinindən ŞOK XƏBƏRDARLIQ
Miribiş ağanın nəvəsi: Qaloş deyilməsi xətrimizə dəyir - VİDEO
İstanbulla bağlı XƏBƏRDARLIQ EDİLDİ
Mesut Özilin ailəsində ŞAD GÜN - FOTO
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 