2025-ci ilin 10 noyabrında mövcud üçtərəfli müqavilənin müddəti bitəcək, müqavilənin müddəti uzadılmayacaq. Ona görə ki, müqavilə öz rolunu artıq oynamış olacaq. Rusiya sülhməramlıları Qarabağdan sakitcə gedəcək və Azərbaycan Ordusu həmin ərazilərə daxil olacaq. Heç bir döyüş olmayacaq”.
Bunu mediaya açıqlamasında Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov bildirib.
Siyasi şərhçi Elçin Mirzəbəyli açıqlamasında rusiyalı ekspertin fikirlərində haqlı olduğunu bildirib:
“Rusiyalı politoloq Sergey Markovun dedikləri reallığı əks etdirir. Çünki rus sülhməramlılarının missiyası 10 noyabr bəyanatının prinsiplərinin həyata keçirilməsi və bütövlükdə regionda hər hansı problemin qalmaması ilə bağlıdır. Əgər Ermənistan indiki şəraitdə sülh danışıqlarından yayınacaqsa, müxtəlif bəhanələr gətirərək Azərbaycanın ərazi bütövlüyünü şübhə altına atacaq davranışlar sərgiləyəcəksə, rus sülhməramlılarının Azərbaycan ərazisində qalmasının heç bir məntiqi izahı olmayacaq.
Əgər ermənilər bu tipli davranışlar nümayiş etdirməyə davam edəcək, sülh prosesinə mane olmağa çalışacaq, eyni zamanda məhz Azərbaycan ərazilərində yaşayan və Azərbaycan vətəndaşlığı olan ermənilərin AR Konstitusiyasının verdiyi hüquqlar çərçivəsində ölkədə yaşamalarına maneə yaratmağa cəhd göstərəcəklərsə, adekvat tədbirlərin həyata keçirilməsi zəruri olacaq. Çünki bu uzunmüddətli bir proses ola bilməz”.
E.Mirzəbəyli vurğulayıb ki, rus sülhməramlılarının Azərbaycan ərazisində daha 5 il qalmasına əsas verən yeni bir sənədin imzalanması gözlənilən deyil:
“Bölgədə sabitliyin, təhlükəsizliyin təmin olunmaması Azərbaycanın bütövlükdə milli maraqlarına təhdiddir. Ona görə də rus sülhməramlılarının ölkəmizdə daha 5 il qalmasına imkan verən bir razılaşmanın ortaya çıxacağı gözlənilən deyil.
Əslində 10 noyabr bəyanatının bütün digər müddəalarına baxmayaraq, sülhməramlılarla bağlı məsələ növbəti mərhələdə üçtərəfli bəyanata daxil olan bir anlayış deyil. Bu artıq Rusiya və Azərbaycan arasında müəyyənləşdiriləcək bir məsələdir. Düşünürəm ki, Azərbaycan da rus sülhməramlılarının öz ərazisində qalması üçün hər hansı bir əsas görməyəcək”// konkret.az



Razılaşma var, amma 7 rayon azad edilmir - Markov
Ermənilər qisas aldı, sülhməramlıları öldürdü
20 Yanvar hadisələrinin əsas səbəbi nədir?
Zelenski Putinlə görüşə can atır, Putin isə... - Markov
Ermənistanın Qarabağla bağlı ŞOK TƏLƏBİ ÜZƏ ÇIXDI
Qarabağdan sülhməramlılar necə çıxarıldı?
Şuşa atəşə tutuldu, bəs ordumuzun cavabı necə olacaq?
Bakı-Tehran gərginliyi: Kreml hansı addım atır? - Markov
Erməni hərbçilər Qarabağdan nə zaman çıxacaq?
Sergey Markov: “Rusiya hərbi yolla müdaxilə etməyəcək”
Ordumuz İrəvana girə bilərmi? – Politoloq DETALLARI AÇDI
İsrail yalnız bu vaxt dayanacaq - Markov
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 