Son günlər Dövlət Gömrük Komitəsinə məxsus “Smart Customs” sisteminə daxil olmada problemlər yaranıb.
Bununla bağlı bir sıra vətəndaşlar sosial şəbəkə hesablarında narazılıqlarını ifadə edib.
Fiziki şəxslər tərəfindən xarici ölkədən Azərbaycana idxal olunan məhsulların bəyanı üçün yaradılan sistemə girişdə problemlərin yaranması, sistemin avtomatik çıxış verməsi və bunun da vətəndaşların xarici sifarişlərinin bəyanında çətinliklər yaratdığı iddia olunur.
Həmçinin artıq mayın 1-dən etibarən sözügedən sistemə giriş üçün mobil nömrə deyil, videozəng vasitəsilə kimliyin təsdiqlənməsinin tələb olunacağı bildirilir.
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsindən “Ölkə.Az”a bildirildi ki, “Smart Customs” sistemində hər hansı problem qeydə alınmayıb. Sistemə daxilolma isə “ASAN Login” vasitəsilə aparılır və burada yaranan hər hansı bir hal “ASAN Xidmət”lə bağlıdır.
“ASAN Xidmət”dən isə sorğumuza cavab olaraq bildirildi ki, hazırda “ASAN Login” ilə bağlı sistemdə hər hansı problem yoxdur.
Lakin qurum “ASAN Login”də qeydiyyat şərtlərinin dəyişəcəyini də təsdiqləyib. Belə ki, mayın 1-dən etibarən sözügedən sistemdə qeydiyyatın yalnız videoqeydiyyat üsulu ilə mümkün olacağı bildirilir.
Bu da təbii olaraq bir sıra dövlət saytları kimi “Smart Customs”a daxil olmaq istəyən vətəndaşların qeydiyyatında fərqliliyin olacağını göstərir.
Qeyd edək ki, qurum tərəfindən videoqeydiyyatın vətəndaşların informasiyalarının təhlükəsizliyi baxımından önəm kəsb etdiyi bildirilir.



Xaricdən sifariş edənlərin NƏZƏRİNƏ!
Xaricdən maşın gətirənlərə ŞAD XƏBƏR
DGK mobil telefonlarla bağlı əhaliyə müraciət etdi
ASAN-da bu xidmətin göstərilməsində problem yarandı
Sayğacın ekranında F12 və F13 yazılıbsa NƏ ETMƏLİ?
"ASAN xidmət"dən xəbərdarlıq: 100 min icazə ləğv oluna bilər
Bu il ərzində “Azərsu”ya 26850 müraciət edilib
“Azəriqaz”dan əhaliyə XƏBƏRDARLIQ
“ASAN xidmət”də YENİLİK
Smart-kartlara 10 manat hədiyyə edilməsi ilə bağlı məlumat doğrudur? - RƏSMİ AÇIQLAMA
Sosial şəbəkələri alt-üst edən məsələyə RƏSMİ MÜNASİBƏT
Ölkəyə telefon gətirənlərə komitədən XƏBƏRDARLIQ edildi
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 