Aprelin 9-da Bakı şəhərinin Nəsimi, Nərimanov, Sabunçu, Səbail, Xətai rayonlarında, Gəncə (I hissə), Lənkəran, Şəki şəhərlərində, Astara, Ağdam, Ağcabədi, Ağsu, Biləsuvar, Daşkəsən, Xızı, İmişli, Kürdəmir, Qusar, Saatlı, Şabran, Samux, Şəmkir, Siyəzən və Zərdab rayonlarında Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.
DİM-dən ONN media-ya bildirilib ki, imtahan verəcək şagirdlər Mərkəzin saytında müvafiq linkdən istifadə etməklə imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.
Buraxılış vərəqəsini çap etmək üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.
Qeydlər:
Şagirdlər bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər.
Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixdə imtahan verirlər.
Gəncədə yerləşən məktəblərin şagirdlərinin imtahanı 2 imtahan gününə bölünüb. Bu hal yuxarıda müvafiq olaraq, “hissə” adlandırılıb və DİM-in saytında hiperlink qoyulub. Linkin üzərinə basdıqda qeyd olunan tarixdə hansı məktəblərin şagirdlərinin imtahan verməsi haqqında məlumat açılır. Digər məktəblərin şagirdləri aprelin 16-da imtahan verəcəklər



DİM-dən buraxılış imtahanları ilə bağlı şagirdlərə MÜRACİƏT
Buraxılış imtahanı verəcək şəxslərin NƏZƏRİNƏ
Buraxılış imtahanının tarixi bəlli oldu
DİM buraxılış imtahanları ilə bağlı məlumat yaydı
Aprelin 21-də 30 şəhər və rayonda buraxılış imtahanı keçiriləcək
Bu tarixdə imtahan verəcək şagirdlərin nəzərinə
Buraxılış imtahanının birinci mərhələsi bu tarixdə keçiriləcək
DİM bu şagirdlərə müraciət etdi
DİM-dən şagirdlərə MÜRACİƏT - Bu qaydalara əməl etməyənlər...
Buraxılış imtahanının tarixi açıqlandı
DİM-dən buraxılış imtahanı verəcək şagirdlərə MÜRACİƏT
Aprelin 30-da növbəti buraxılış imtahanı keçiriləcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 