"Azərbaycanın Qarabağ məsələsini hərbi yolla həll etmək arzusundan vaz keçdiyinə ümid etmək olmaz"
Azərbaycanın Qarabağ məsələsini hərbi yolla həll etmək arzusundan vaz keçdiyinə ümid etmək olmaz.
ONN media Sputnik-ə istinadla xəbər verir ki, bunu Ermənistanın eks-prezidenti və baş nazirliyə namizəd Serj Sarqsyan bu gün parlamentin iclasında deyib.
O bildirib ki, 2016-cı ilin aprelində baş verən müharibə Azərbaycanın bu yoldan əl çəkmək niyyətində olmadığını göstərib: "Azərbaycan rəhbərliyinin problemi güc yolu ilə həll etmək istəmədiyi barədə ümidlərə son qoymalıyıq. Amma buna nə qədər müvəffəq olacaqlar, onu bizim təmas xəttindəki gücümüz göstərəcək".
Sarqsyan, həmçinin qeyd edib ki, Ermənistan qarşıdakı yaxın illərdə müasir silahların alınmasına və onların müstəqil istehsalına diqqət yetirməli, ən əsası isə əsgərlərin və zabitlərin əhval-ruhiyyəsini gücləndirməlidir.
Xatırladaq ki, bu gün Ermənistan parlamenti baş naziri — faktiki ölkə başçısını seçəcək. Hakim Respublika Partiyası və onun koalisiya ortağı olan "Daşnaksütyun" bu posta Serj Sarqsyanın namizədliyini irəli sürüb.
Ermənistan müxalifəti Sarqsyanın baş nazir seçilməsinə etiraz əlaməti olaraq aprelin 13-dən vətəndaş itaətsizliyi aksiyasına başlayıb. Aksiya dünən Yerevanda küçə və meydanlarda, eləcə də metroda yolların bağlanması, hərəkətin iflic edilməsilə müşayiət olunub.
Bu gün isə etirazçılar parlament binasının ətrafına və şəhərin mərkəzi küçələrinə toplaşıblar. Gümrü şəhərində isə tələbələr və gənclər bu gün paytaxtdakı vətəndaş itaətsizliyi aksiyasına dəstək verməyə başlayıblar.



Çavuşoğludan Paşinyana CAVAB
Putindən Paşinyana- SİYASİ İRADƏNİZ VAR
İrəvana gedən İtaliya prezidentindən Qarabağ mesajı
“ABŞ-la problem həll etmək olmaz” - Xamenei
Baş nazir MDB ölkələrinə ÇAĞIRIŞ ETDİ
İranın yük maşınları yolda qalıb: ödəniş etmək istəmirlər
Ayvazyan özünü gülünc vəziyyətə saldı və...
Ceyhun Bayramovdan Mnatsakanyana CAVAB
Prezident: "Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı"
Ərdoğan: İstanbuldakı sammit Suriya faciəsinin bitməsinə təkan verdi
Ermənistandan SENSASİON İDDİA: Azərbaycan yaxın həftələrdə hücuma keçəcək?
Rusiyalı ekspert: "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda irəliləyiş əldə olunub"
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 