“Müharibədən qaçmaq olmaz, müharibə yalnız gecikdirilə bilər. İtalyan mütəfəkkir Nikola Makiavellinin bu tezisi təəssüf ki, Qarabağ münaqişəsinin həlli ətrafında yaranmış mövcud reallıqlara aiddir. Azərbaycan və Ermənistan arasında keçirilən görüşlər sadəcə danışıq naminədir, bu, siyasi kompromisə çatmaq üçün heç bir ciddi ümid yaratmır. Tərəflər uzun müddətdir ki, münaqişə zonasında münasibətlərin danışıqlar masasında deyil, hərbi yolla genişmiqyaslı şəkildə aydınlaşdırılması üçün açıq hazırlıqlar aparırlar”. Bu barədə Ermənistanda fəaliyyət göstərən “EADaily” nəşri yazıb. Məqalə müəllifinin fikrincə, münaqişənin həllində nəticənin əldə olunmaması artıq Azərbaycan tərəfinin xeyrinə işləməyə başlayıb: “Mövcud situasiya Ermənistanda fərqli şəkildə başa düşülür. Ermənistan paytaxtında öz silahlı qüvvələrini ən müasir silahlarla gücləndirən Azərbaycanın ildırımsürətli hərbi əməliyyatlarla gözlənilmədən Dağlıq Qarabağı ala biləcəyi ilə bağlı fikir var. 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələri bir anda Qarabağ cəbhəsinin bir neçə istiqamətinə sürpriz hücum etmək qabiliyyətinin olduğunu göstərdi”. Məqalə müəllifi qeyd edir ki, dörd günlük savaşdan sonra vəziyyətin həssaslığını nəzərə alan Rusiya KTMT daxilində hərbi müttəfiqi olan Ermənistana dəstəyi artırmağa başlayıb: “Azərbaycanın poliqonda əsas dəstəkçisi və müttəfiqi isə Yaxın Şərqdə Rusiya ilə geosiyasi qarşıdurmada olan Türkiyədir. Azərbaycan ərazi bütövlüyünü bərpa etmək üçün Qarabağda əməliyyatlara başlayacağı təqdirdə, Türkiyə ilə birlikdə hazırladığı ortaq planı işə salacaq. Bu baxımdan, Qarabağı “Qafqazın İdlibi” adlandırmaq olar. Artıq bu məsələ də bölgədə maraqları olan Rusiya və Türkiyə arasında geosiyasi faktora çevrilir. Amma Rusiya bölgədə Ermənistanın yeganə hərbi müttəfiqi olsa da, Azərbaycanla da münasibətləri korlamaq niyyətinə deyil. Müharibə vəziyyətində Rusiyanın seçim etməməsi Ermənistan üçün arzuolunmaz nəticələrə gətirib çıxaracaq”. Nəşr iddia edir ki, danışıqlar nəticə verməyəcəyi halda Bakı hərbi əməliyyat qərarı versə, bu, yaxın aylarda başlaya bilər: “Bakıda hərbi ssenariyə üstünlük verilsə, Qarabağda irəliləmə qərarı yaxın aylarda, bəlkə də həftələrdə verilə bilər. Bu planın icrasına qarşıdan gələn isti aylar uyğun gəlir”. Məqalə müəllifi fevralın 15-də Almaniyada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilən görüşü də xatırlayıb. Mənbə görüşdə tərəflər arasında kəskin fikir ayrılıqlarının açıq formada ifadə olunduğunu bildirərək, mövcud vəziyyətin İrəvan üçün ciddi risklər daşıdığını bildirib. teleqraf.com
Ermənistandan SENSASİON İDDİA: Azərbaycan yaxın həftələrdə hücuma keçəcək?



Ermənistan QORXU İÇİNDƏ - Tonoyan Zakir Həsənovu İrəvanda qarşılayacaq - VİDEO
Bayramov Əfqanıstanın yeni səfirini qəbul etdi
Rusiyalı ekspert: "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda irəliləyiş əldə olunub"
Azərbaycan XİN-dən Ermənistanın bu bəyanatına cavab
“Məsuliyyət Paşinyanın üzərinə düşəcək”- İlham Əliyev
Qrudin Qarabağ probleminin həlli YOLUNU GÖSTƏRDİ
Ermənistan XİN-in bəyanatı tamamilə cəfəngiyyatdır - RƏSMİ BAKI
Mülki əhali arasında 20-dən çox şəxs həlak olub - Gəncəliyev
Ermənistanın təcavüzkar dövlət olması növbəti dəfə təsdiqini tapdı - XİN-dən açıqlama
Koreyanın nüfuzlu "The Korea Post" qəzeti erməni təxribatından yazdı
Qarabağ münaqişəsinin həlli prosesində nələr baş verir?
Bakı düşünür ki, münaqişə bitib - Paşinyan
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 