Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva fevralın 1-də Daxili İşlər Nazirliyinin Bakı şəhərinin Xətai rayonunda yeni inşa olunmuş 6 saylı uşaq bağçasının açılışında iştirak edib. ONN media xəbər verir ki, Birinci vitse-prezident uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsib. Daxili işlər naziri Ramil Usubov məktəbəqədər təhsil ocağında yaradılan şəraitlə tanış olan Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verib ki, 6 saylı uşaq bağçasının inşasına 2017-ci ilin dekabrında başlanılıb.
Əsasən əlahiddə çevik polis alayında çalışanların övladları üçün nəzərdə tutulan məktəbəqədər təhsil müəssisəsində 4-ü Azərbaycandilli, 3-ü isə rusdilli bölmə olmaqla 7 qrup fəaliyyət göstərəcək. Burada balacalara ingilis dili də öyrədiləcək. Uşaq bağçasında bir yaş yarımdan beş yaşadək 140 uşağın təlim-tərbiyəsi ilə 46 nəfərdən ibarət peşəkar heyət məşğul olacaq. Şahmat, rəsm dərnəklərinin də fəaliyyət göstərəcəyi ikimərtəbəli məktəbəqədər təhsil müəssisəsinin otaqları və dəhlizləri uşaqların sevimli nağıl qəhrəmanlarının şəkilləri ilə bəzədilib, qrup otaqları zəruri inventarlarla, mebel dəstləri ilə təchiz edilib. Bir sözlə, uşaq bağçasının əsas binasının planlaşdırma quruluşu uşaqlarla aparılan təlim-tərbiyə işlərinin məzmununa uyğun həll olunub. Binada təhlükəsizlik məsələləri də ən yüksək səviyyədə həll edilib. Belə ki, videomüşahidə, yanğınxəbərverici, həmçinin qeydiyyata giriş-çıxış sistemləri quraşdırılıb. Uşaq bağçasında akt və idman zalları, geniş yeməkxana da tikilib. Bağça azyaşlı sakinlərin zövqünə uyğun qurulub, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin edəcək. Gələcəyimiz olan uşaqların təlim-tərbiyəsinin ən yüksək səviyyədə təşkili, onların sağlamlığının qorunması və vətənpərvər, savadlı şəxsiyyət kimi yetişməsi istiqamətində Azərbaycan dövləti çox mühüm layihələr həyata keçirir. Ölkəmizdə məktəbəqədər tərbiyə müəssisələri yenidən qurulur, müasir uşaq müəssisələrinin inşası davam edir. Bu gün uşaq bağçalarında yaradılan şərait uşaqların təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmağa imkan verir, həmçinin onların bilikli və zəngin dünyagörüşünə malik bir vətəndaş kimi böyüməsində əhəmiyyətli rol oynayır. Altı saylı uşaq bağçasının yerləşdiyi ərazidə və ətrafda genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, müxtəlif çiçək və gül kolları, ağaclar əkilib, işıqlandırılma işləri yerinə yetirilib. Burada balacaların istirahəti üçün oyun və idman avadanlığı quraşdırılıb. Bir sözlə, müəssisədə balacaların vaxtlarını maraqlı və səmərəli keçirmələri üçün hərtərəfli imkanlar yaradılıb. Yeni inşa edilən bağça ilə tanış olan Birinci vitse-prezident Mehriban Əliyeva məktəbəqədər təhsil müəssisəsinin işinə uğurlar arzulayıb. Birinci vitse-prezident Mehriban Əliyeva uşaqlarla xatirə şəkli çəkdirib.Mehriban Əliyeva Bakıda uşaq bağçasının açılışında - FOTO



Prezidentlə xanımı Şamaxıda 7 saylı körpələr evi-uşaq bağçasının açılışında
Mehriban Əliyeva uşaq bağçasının açılışını edib
Mehriban Əliyeva Uşaq Mərkəzində
Mehriban Əliyeva bir sıra təhsil müəssisələrində olub
İlham Əliyev və Mehriban Əliyeva Qubada
Mehriban Əliyeva Gəncədə - FOTO
Mehriban Əliyeva "Uşaq festivalı" ilə bağlı paylaşım edib
Mehriban Əliyeva yeni məktəb binasının açılışında
Prezident və xanımı Tərtərə gedib
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxıda körpələr evi istifadəyə verildi
Mehriban Əliyeva sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində oldu
İlham Əliyev və xanımı Şəkiyə səfər edib
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 