Rəsmi Pekin ABŞ-a məxsus hərbi gəminin Cənub Çin dənizindəki Parasel adasının yaxınlığından keçməsi ilə əlaqədar ABŞ-ı Çinin suverenliyini və beynəlxalq hüququ kobud şəkildə pozmaqda günahlandırıb.
ONN media xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi bəyan edib.
"ABŞ-ın "Higgins” esminesi Çin hökumətinin razılığı olmadan Parasel adalarına yaxınlaşıb. ABŞ gəmisi Çinin qanunlarını, beynəlxalq hüququn müvafiq normalarını, ölkənin suverenliyini kobud şəkildə pozub, qeyd olunan sularda sülhə və sabitliyə təhlükə yaradıb”, - deyə Çin rəsmisi bildirib.
Bundan əvvəl ABŞ-ın "Higgins” hərbi gəmisi rəsmi Pekinin Cənubi Çin dənizində öz maraq zonası saydığı mübahisəli adaların 12 mil (22 km) yaxınlığından keçib.
Qeyd edək ki, Cənubi Çin dənizindəki bir sıra adalara Çin, Filippin, Malayziya, Bruney və Vyetnam iddia edir. ABŞ rəsmi Pekini Cənub Çin dənizində süni adalar yaradaraq orada hərbi obyektlər inşa etməkdə ittiham edir.



ABŞ hərbi gəmisi Çin sularına girdi – Gərginlik
Çindən ABŞ-a yeni İDDİA
Türkiyədən Yunanıstana İSMARIC
Avstraliya və Çin gəmiləri qarşı-qarşıya gəlib
ABŞ-dan Çinə qarşı ŞOK ADDIM
Türkiyə-Yunanıstan müharibəsi başlaya bilər – Qırıcılar əmr gözləyir…
Çindən Filippinə XƏBƏRDARLIQ
Biz 4 ölkənin planını pozduq- Ərdoğan
ABŞ hərbi gəmisi Çanaqqala boğazında
Rus təyyarəsi bu ölkəyə girdi
Son 10 ildə bir ilk- Türkiyə gəmisi...
4 ölkə Türkiyəyə qarşı BİRLƏŞDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 