ABŞ Senatında Şərqi Aralıq Dənizində Təhlükəsizlik və Enerji Əməkdaşlığı haqqındaqanun layihəsi təsdiq olunub. ONN media xəbər verir ki, layihəyə əsasən, ABŞ, İsrail, Yunanıstan və Cənubi Kipr arasında enerji əməkdaşlığını koordinasiya edəcək mərkəz qurulacaq. ABŞ Senatının Xarici İşlər Komitəsi tərəfindən qəbul edilən layihənin Türkiyənin Şərqi Aralıq dənizinə ikinci qazma gəmisi göndərməsindən sonra təsdiq edilməsi diqqət çəkir. Layihə həm də Cənubi Kiprə silah satışı ilə bağlı məhdudiyyətlərin aradan qaldırılmasını da ehtiva edir. Yunanıstana 3 milyon dollar dəyərində hərbi yardım göndəriləcək və 2020-2022-ci illər arasında maliyyə büdcəsindən Yunanıstan və Cənubi Kiprə Beynəlxalq Hərbi Təlim yardımları veriləcək. Qeyd edək ki, Yunanıstan və İsrail Türkiyənin Şərqi Aralıq dənizində enerji axtarışlarını qeyri-qanuni hesab edir və bu məsələni Avropa İttifaqında müzakirə səviyyəsinə qədər qaldırıb.



Ermənistan yenə özünü BİABIR ETDİ: Türkiyə ilə bağlı ŞOK BƏYANAT
Axtarışlar nəticəsini verdi – Türkiyə böyük SƏRVƏT TAPDI
CHP-dən gözlənilməz açıqlama
Aralıq dənizində vəziyyət gərginləşir - 5 ölkə Türkiyəyə qarşı HƏRƏKƏTƏ KEÇDİ
ABŞ gəmisi Aralıq dənizində türk gəmisini izlədi
Aralıq dənizində gərginlik artır - 4 ölkə HƏRƏKƏTƏ KEÇDİ
6 ölkə Türkiyəyə qarşı toplanır - Diqqətlər BU TARİXDƏ
Türkiyə-Yunanıstan müharibəsi başlaya bilər – Qırıcılar əmr gözləyir…
Biz 4 ölkənin planını pozduq- Ərdoğan
Təhlükəsizlik Şurasının təcili iclası çağırıldı, ordu hazır vəziyyətə gətirildi - Müharibə HƏR AN...
ABŞ Rusiya və Türkiyəyə qarşı bu ölkələrlə birləşir?
NATO: Yunanıstanla Türkiyə RAZILAŞMADI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 