Türkiyədə prezident və parlament seçkiləri tam demokratik və şəffaf şəkildə keçirildi. Bunu millət vəkili Elman Nəsirov deyib.
E.Nəsirov bildirib ki, Türkiyə Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi dövründə bir çox iqtisadi və siyasi nailiyyətlərə imza atıb:
ONN media xəbər verir ki, "Onun rəhbərliyi ilə Türkiyənin beynəlxalq aləmdə nüfuzu daha da möhkəmlənib. Seçkilərdə Ərdoğanın qalib gəlməsi bundan sonra da Türkiyənin təhlükəsizliyinin gücləndirilməsi, rəsmi Ankaranın beynəlxalq aləmdə güc mərkəzi kimi imkanlarını daha da genişləndirməsi deməkdir. Bu qələbə ona gətirib çıxaracaq ki, beynəlxalq terrorizmə qarşı mübarizədə Türkiyənin daha ardıcıl və daha kəskin addımlarının şahidi ola biləcəyik".
Azərbaycan Prezidenti İlham Əliyevin seçkilərin ilkin nəticələrindən sonra R.T.Ərdoğanı təbrik edən ilk dövlət başçısı olduğunu xatırladan millət vəkilinin sözlərinə görə, bu, bir daha sübut etdi ki, Azərbaycan-Türkiyə əlaqələri, qardaşlığı möhkəmdir: "Prezident İlham Əliyev Ərdoğanı təbrik edərkən onu Azərbaycana rəsmi səfərə dəvət etdi. Bundan sonra Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsi üçün yeni inkişaf mərhələsi açılacaq".
Qeyd edək ki, iyunun 24-də Türkiyədə prezident və parlament seçkiləri keçirilib. Prezident seçkilərində R.T.Ərdoğan 52,5 faiz səslə qalib gəlib. Müxalif Cümhuriyyət Xalq Partiyasından olan Məhərrəm İncə isə səslərin 30,7 faizini toplayıb.
Parlament seçkilərində isə "Cümhur İttifaqı" bloku səslərin 53,65%, CHP, Səadət Partiyası və "İyi Parti"nin iştirak etdiyi "Millət İttifaqı" 33,96%, HDP 11,69%, digər partiyalar isə 0,07%-ni toplayıb.
Beləliklə, Ədalət və İnkişaf Partiyası parlamentdə 295, MHP 48, CHP 147, İyi Parti 43, HDP isə 67 deputatla təmsil olunacaq.



İlham Əliyev Ərdoğanı təbrik etdi
Ərdoğan tarixi səsvermədən danışdı
İlham Əliyev Fuad Oqtayla görüşdü
Ərdoğan kabineti TOPLADI, MESAJ VERDİ
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Füzuli hava limanının açılışını etdi - YENİLƏNİR
Əli Əsədov Türkiyənin vitse-prezidentini təbrik etdi
Prezident İlham Əliyev Türkiyə parlamentinin sədrini qəbul edib - YENİLƏNİB
Tahir Budaqov Şamil Ayrımla görüşdü
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi TƏBRİK ETDİ
İlham Əliyev Ərdoğana zəng etdi
İlham Əliyev Selçuk Bayraktarı qəbul edib - YENİLƏNİB
Ərdoğanın namizədliyi qanuni deyil?- Rəsmi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 