"Bu gün mən Azərbaycanın işğaldan azad olunmuş ərazilərindən abadlıq, inkişaf və quruculuqdan başqa heç nə görmürəm və bu, bizi məmnun edir. Düşünürəm ".
ONN media xəbər verir ki, bunu bu gün Rusiya Dövlət Dumasının Korrupsiya ilə mübarizə üzrə komitəsinin sədr müavini, hakim "Vahid Rusiya" Partiyasının üzvü Dmitriy Savelyev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində keçirilən "Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir" mövzusunda konfransda bildirib.
D. Savelyev deyib ki, Dağlıq Qarabağ və ətrafındakı 7 rayon qeyd-şərtsiz, mütləq şəkildə Azərbaycana qaytarılmalıdır. Cocuq Mərcanlıda işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq, inkişaf işlərini təqdir edən rusiyalı deputat qeyd edib ki, Ermənistanda baş verən hadisələr nəzərə alınsa, Azərbaycanın Rusiya üçün dəyəri ikiqat artır: "Azərbaycan nadir ölkələrdən biridir ki, burada rus dili inkişaf edir. Azərbaycan Rusiyanı Avropa Şurasında dəstəkləyir. Azərbaycan Rusiyanın Cənubi Qafqazda etibarlı müttəfiqidir. Baxmayaraq ki, biz Azərbaycana külli miqdarda silah satmışıq, amma bu, heç vaxt Rusiyanın öz əleyhinə yönələ bilməz. Ümid edirəm ki, Ermənistan müdrik olacaq və Qarabağ münaqişəsi öz həllini tapacaq".
Deputat onu da qeyd edib ki, SSRİ dağıldıqdan sonra Azərbaycan sürətlə inkişaf etsə də, Ermənistan geriləyib: "Bu baxımdan Ermənistan torpaqları qaytarsa, onun öz iqtisadiyyatı üçün də mühüm addım olar. Rusiya Minsk Qrupunda Dağlıq Qarabağ münaqişəsi həlli istiqamətində daha fəal olmalıdır. Biz Ermənistanı da itirmək istəməzdik. Amma təəssüf ki, Ermənistan bunu düşünmək əvəzinə NATO ilə isti münasibətlərə can atır".



Rusiyalı deputatlar Cocuq Mərcanlıda
Cocuq Mərcanlıda yeni müəssisə açıldı
Cocuq Mərcanlıda son vəziyyət necədir?
ABŞ mediası Kayseridəki Xocalı abidəsi barədə yazdı
Cocuq Mərcanlıda Novruz bayramına həsr olunmuş tədbir keçiriləcək
Cocuq Mərcanlıda yeni uğur
Azərbaycandan rus deputata SƏRT QADAĞA
Bakıdan Cocuq Mərcanlıya ilk marşrut xətti açılır
Cocuq Mərcanlı kənd sakinlərinin prezidentə minnətdarlığı
Səfir: Cocuq Mərcanlıda suvenir fabriki tikilir
Cocuq Mərcanlıya 400 kitab hədiyyə olundu - FOTO
Yeni nazir Cocuq Mərcanlıda
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 