Vergilər Nazirliyində ciddi kadr dəyişikliyi olub.
ONN media xəbər verir ki, Vergi auditi departamentinə Camal Qasımov, Vergi ödəyicilərinə xidmət departamentinə Elçin Məmmədov, Dövlət qeydiyyatı və uçota nəzarət departamentinə Ələkbər Məmmədov baş direktor təyin edilib.
Kadr islahatlarının Vergilər Nazirliyinin yeni strukturunun fəaliyyətə başlaması ilə əlaqədar olduğu bildirilir.
Qeyd edək ki, Vergilər Nazirliyinin yeni strukturu iyulun 1-dən fəaliyyətə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli iqtisadiyyatın şəffaflığının artırılması istiqamətində qarşıya qoyduğu vəzifələrin icrası, Vergilər Nazirliyində funksional idarəetmənin səmərəliliyinin artırılması, vergi ödəmələri və vergi orqanlarının fəaliyyəti üzərində nəzarətin gücləndirilməsi, vergi sisteminin hədəflərinə xidmət edən dinamik struktura malik müasir inzibatçılığın qurulması məqsədilə nazirliyin strukturunda dəyişikliklər həyata keçirilib.
Vergilər Nazirliyinin aparatının yeni strukturunda nazirliyin Aparatı, Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması departamenti (Katiblik), Vergi auditi, İqtisadi təhlil və ekspertiza, Vergi siyasəti, Vergi öhdəliklərinin icrasına nəzarət, Vergi ödəyicilərinə xidmət, Dövlət qeydiyyatı və uçota nəzarət, İkitərəfli və çoxtərəfli sazişlərin icrasına nəzarət, Hüquq, Yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi, Rəqəmsal vergi inzibatçılığı, İnsan resursları, Maliyyə, Daxili təhlükəsizlik departamentləri, habelə Media və Kommunikasiya Mərkəzi fəaliyyət göstərəcək.
Vergilər nazirinin əmri ilə nazirliyin struktur vahidlərinin funksional fəaliyyəti və vəzifələrinin bölgüsündə də dəyişikliklər edilib.



Vergilər Nazirliyində islahatlar aparılır
Vergilər Nazirliyində YENİLİK
Vergi ombudsmanı vergi ödəyicilərinin hüquqlarını müdafiə edəcək
Vergilər Nazirliyində aparılan struktur islahatları sahibkarlara nə vəd edir?
Vergilər Nazirliyində kadr dəyişikliyi olub
Vergilər Nazirliyi yeni vergi siyasəti və vergi inzibatçılığında aparılacaq dəyişiklikləri acıqlayacaq
Azərbaycanda Vergi Ombudsmanı yaradılacaq
İşsizlərin NƏZƏRİNƏ — Nazirlikdə iş var
Nazirlikdən vergi ödəyicilərinə MÜRACİƏT
Vergilər Nazirliyi vergi ödəyicilərinə müraciət etdi
Vergilər İdarəsinin rəhbərliyində dəyişiklik edilib
Azərbaycanda 36 yaşlı hüquqşünas nazir müavini təyin edildi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 