“Xəzərin hüquqi statusuna dair konvensiyanın taleyinin prezidentlərin Qazaxıstanın Astana şəhərində keçiriləcək görüşündə həll olunmasına ümid çoxdur”.
ONNmedia APA-ya istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi bu gün keçirdiyi mətbuat konfransında deyib.
B. Qasımi xatırladıb ki, ötən həftə 5 Xəzəryanı ölkənin XİN başçılarının Rusiyada görüşü keçirilib: “Xəzərin hüquqi statusuna dair danışıqlar 21 ildir ki, aparılır. Bu barədə Konvensiyanın taleyinin Astana şəhərində keçiriləcək prezidentlərin sammitində həll olunmasına ümid çoxdur. Əlbəttə, iclasdan öncə ekspertlər bir daha texniki məsələləri araşdıracaq. Düşünürük ki, Astana sammitində ümumi həmrəylik əldə olunacaq”.
B. Qasımi qeyd edib ki, Konvensiya Xəzər dənizinə aid ümumi prinsipləri və ölkələrin öhdəliklərini müəyyənləşdirir: “Sənəddə hər bir məsələnin detalları qeyd olunmayacaq. Lazım gələrsə, digər məsələlər üçün protokollar hazırlanacaq və sənədə əlavə olunacaq”.
İranın XİN sözçüsü ABŞ prezidenti Donald Trampın məlum qərarına toxunaraq deyib ki, ABŞ-ın öz səfirliyini Beytül-müqəddəsə köçürməsi aşkar yanlışdır ki, regionda gərginliyin artmasına səbəb olub: “Bundan ən çox ziyan görən elə ABŞ hökuməti olacaq. Onların qərarı düşünülməmiş, naşıcasına və təhlükəli qərardır. İslam ümmətinin vəhdətinə ehtiyac var”.
B. Qasımi qeyd edib ki, bəzi ərəb dövlətləri bu məsələdə İslam dünyası və Fələstinə xəyanət edib: “Ərəb Birliyinin Trampın qərarı ilə bağlı bəyanatı qətiyyətli deyildi”.



Məmmədyarov: Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üçün yaxşı imkan var
“ABŞ o qədər ağılsız ola bilməz ki..."- Bəhram Qasimi
Məmmədyarovla Lavrov arasında telefon danışığı
Bu gün Türkiyə, Rusiya və İran XİN rəhbərləri görüşəcək
Xəzəryanı ölkələrin sammitinin vaxtı və yeri açıqlandı
Energetika Nazirliyi Gürcüstanda CAREC çərçivəsində keçirilmiş tədbirlərdə təmsil olunub
Qasımi: "Biz Trampdan bunu gözləyirik"
İranın XİN rəhbəri Azərbaycana gələcək
Bu tarixdə Xəzəryanı ölkələr sazişlər imzalayacaq
Astanada TARİXİ GÜN: "Türk Əsri" çağırışı altında Zirvə Görüşü başlayır
İranlı nazirin istefası qəbul edilmədi
Xəzəryanı ölkələrin XİN başçıları Şurasının iclası keçiriləcək
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 