Energetika Nazirliyi Gürcüstanda CAREC çərçivəsində keçirilmiş tədbirlərdə təmsil olunub.
Nazirlikdən ONN media -ya verilən məlumata görə, 10-12 sentyabr tarixlərində Gürcüstanın Batumi şəhərində Asiya İnkişaf Bankının (AİB) Mərkəzi Asiya Regional İnkişaf Proqramı (CAREC) çərçivəsində Enerji Sektorunun Əlaqələndirici Komitəsinin növbəti 28-ci iclası və 3-cü Enerji İnvestisiya Forumu keçirilib.
Enerji Sektorunun Əlaqələndirici Komitəsinin iclasında iri regional layihələr haqqında yenilənmiş məlumatlar və elektrik enerjisinin ticarəti üzrə tədbirlərə dair sessiya çərçivəsində təqdimatlar dinlənilib. Tədbirdə iştirak edən Energetika Nazirliyinin nümayəndəsi Asəf Rzayev “Xəzər dənizinə dair razılaşma” haqqında təqdimatla çıxış edərək, təbii resurslarla zəngin Xəzər dənizi vasitəsilə Azərbaycanın həyata keçirdiyi neft-qaz, enerji layihələri, mövcud tranzit yolları barədə məlumat verib, Xəzər dənizinin karbohidrogen ehtiyatları hesabına Avropa və Asiyanın enerji resursları ilə təmin edilməsində mühüm rolundan bəhs edib. Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında imzalanmış Xəzərin hüquqi statusuna dair Konvensiyanın əhəmiyyətinə toxunaraq, bu tarixi sənədin gələcəkdə böyük enerji layihələrinin reallaşmasına, region ölkələri arasında əməkdaşlığın daha da inkişaf etməsinə mühüm töhfələr verəcəyini qeyd edib.
Sonra Gürcüstan Respublikasında 2016-cı ildə istismara verilmiş ümumi gücü 178 MVt olan “Acariskali” Su Elektrik Stansiyasına baxış keçirilib.
CAREC çərçivəsində təşkil edilən 3-cü Enerji İnvestisiya Forumunda isə alternativ və bərpa olunan enerji layihələri, elektromobillər, hidroenergetika, enerji effektivliyi və yüksək texnologiyalara dair sessiyalar keçirilib və çıxışlar dinlənilib.



Energetika Nazirliyində Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı çərçivəsində görüş keçirildi
Energetika Nazirliyində Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib
Energetika naziri Avropa Enerji Cəmiyyətinin direktoru ilə görüşüb
Pərviz Şahbazov 25-ci Yubiley Beynəlxalq “Xəzər Neft və Qaz “Sərgisi çərçivəsində bir sıra görüşlər keçirib
Asiya İnkişaf Bankının vitse-prezidenti Energetika Nazirliyində olub
Bakı Enerji Forumu başladı
Energetika Nazirliyi “Equinor” şirkəti ilə bərpa olunan enerji mənbələrinin inkişafını müzakirə edib
Energetika naziri “Siemens” şirkətinin tədbirində iştirak etdi
Pərviz Şahbazov ABŞ-a səfərə gedib
Energetika Nazirliyində bu məqsədlə seminar keçirilib
Energetika nazirliyində növbəti görüş keçirilib
Uzunmüddətli Enerji Strategiyasının hazırlanması ilə bağlı müzakirələr aparıldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 