Tbilisidə keçirilən Azərbaycan, Gürcüstan və Türkiyə Xarici İşlər nazirlərinin səkkizinci üçtərəfli görüşü çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Gürcüstan parlamentinin sədri Arçil Talakvadze ilə görüşüb.
Xarici İşlər Nazirliyindən ONN media -ya verilən məlumata görə, görüş zamanı Azərbaycan-Gürcüstan parlamentləri arasında mövcud olan uğurlu əməkdaşlıq münasibətləri yüksək qiymətləndirilib və əməkdaşlığın gələcək perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Görüşdə həmçinin üçtərəfli görüşün uğurla heyata keçirildiyi, bu görüş çərçivəsində fəaliyyət planı və Tbilisi bəyannaməsinin qəbul olunduğu, habelə bəyannamədə enerji, nəqliyyat və s. sahələrlə yanaşı, ilk dəfə olaraq ərzaq təhlükəsizliyi ilə də bağlı məsələlərin öz əksini tabdığı vurğulandı və bunun üçtərəfli əməkdaşlığın müxtəlif istiqamətlər üzrə genişlənməsinin göstəricisi olduğu bildirildi.
Hər üç ölkənin dövlət başçıları, xüsusilə də Heydər Əliyevin təşəbbüsü ilə hayata keçirilmiş Bakı-Tbilisi-Ceyhan boru kəmərinin əhəmiyyəti vurğulandı. Bu boru kəmərinin nəinki ölkələrin iqtisadi və sosial inkişafını, həm də ölkələrin suverenliyi və müstəqilliyinin gücləndirilməsində, habelə sonradan həyata keçirilməsi nəzərdə tutulan üçtərəfli layihələrin reallaşmasında mühüm rol oynadığı bildirildi.
Bölgədə mövcud olan təhlükəsizlik vəziyyətindən bəhs edən tərəflər ölkələr arasında təhlükəsizlik sahəsində əməkdaşlığın əhəmiyyətini xüsusi vurğuladılar. Bu xüsusda, nazir Elmar Məmmədyarov regional təhlükəsizliyə təhdid olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin hazırkı vəziyyəti barədə qarşı tərəfi məlumatlandırdı.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.



Nazirlərin Tiflis görüşünün vaxtı açıqlandı
Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının görüş TARİXİ...
Nazirlərin Keçikçidağ müzakirəsi - XİN açıqlama yaydı
Elmar Məmmədyarov Türkiyəyə yola düşdü
Məmmədyarov Çavuşoğlu ilə görüşdü - Qarabağ müzakirə edildi
Ceyhun Bayramov ATƏT sədri ilə görüşdü
Məmmədyarov İsveçin Xarici işlər naziri ilə görüşüb
Elmar Məmmədyarov Qabonun xarici işlər naziri ilə görüşüb
Elmar Məmmədyarov Baş Beynəlxalq Böhran Qrupunun prezidenti Robert Maley ilə görüşüb
Ceyhun Bayramov Qaxaria ilə görüşdü
Elmar Məmmədyarov bir sıra görüşlər keçirdi
XİN başçısı İordaniyanın Azərbaycandakı səfirini qəbul etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 