Tacikistan prezidenti Emomali Rahmonun avqustun 10-11-də Bakıya rəsmi səfərindən sonra Tacikistan və Azərbaycan arasında əməkdaşlığın müqavilə-hüquq bazası artacaq.
ONN media “Asia-Plus” nəşrinə istinadla xəbər verir ki, bununla bağlı respublikanın hökumətindəki mənbə məlumat verib.
Mənbənin məlumatına görə, səfər zamanı Tacikistan prezidenti ilə azərbaycanlı həmkarı İlham Əliyev arasında təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşlər keçiriləcək.
Emomali Rahmonun Azərbaycanın baş naziri və Milli Məclisin sədri ilə də görüşləri baş tutacaq.
Tacikistan və Azərbaycan arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri əlvan metallurgiya, kənd təsərrüfatı, enerji, yüngül sənaye, nəqliyyat və kommunikasiya sahələridir.
Bakıda əsas müzakirə mövzularından biri, şübhəsiz ki, tacik alüminiumunun Azərbaycan ərazisindən tranzit həcminin artırılması və Azərbaycandan Tacikistana alüminium üçün xammal (qlinozem) tədarükünün artırılmasıdır.
Ötən ilin statistik məlumatlara görə, iki ölkə arasındakı ticarətin həcmi təxminən 13 milyon dollar təşkil edib.
Tacikistanla Azərbaycan arasında diplomatik əlaqələr 1992-ci il mayın 29-da qurulub. Müqavilə-hüquq bazasını iqtisadi-ticarət, bank, vergi, mədəniyyət və investisiya sahələrində 40-dan çox saziş təmin edir.



Tacikistan prezidenti Azərbaycana gəlir
Ceyhun Bayramov Tacikistan Prezidenti ilə görüşdü
Azərbaycan və Tacikistan arasında yeddi sənəd imzalandı
Tacikistan prezidenti Azərbaycana rəsmi səfər edəcək
İmaməli Rəhmanın rəsmi qarşılanma mərasimi oldu
Sahibə Qafarova Tacikistana rəsmi səfər edib
Tacikistan prezidenti Azərbaycana səfərə gələcək
Azərbaycan və Tacikistan prezidentləri arasında telefon danışığı oldu
Prezident Rüstəm İmaməlini qəbul etdi
Novruz Məmmədov Tacikistan Prezidenti ilə görüşdü
SON DƏQİQƏ: Əfqanıstandakı vəziyyətlə bağlı İlham Əliyevə ZƏNG
Azərbaycanla Tacikistan arasında mühüm sənəd İMZALANDI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 