Almaniyada yaşayan azərbaycanlılar Almaniya Federativ Respublikasının (AFR) kansleri xanım Angela Merkelə müraciət ünvanlayıb.
ONN media xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən Report-a daxil olan müraciətdə bildirilir ki, Almaniya-Azərbaycan münasibətləri qədim tarixə və qarşılıqlı səmimiyyətə söykənir:
"XIX əsrin əvvəllərindən başlayaraq bir neçə alman yaşayış məntəqəsinin Azərbaycanda salınması iki xalqın əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verib. Azərbaycandakı çoxəsrlik multikulturalizm və tolerantlıq ənənələri həmin dövrdə hər iki xalqın çox mehriban və səmimi yaşamasına, həmçinin onların Azərbaycandakı evləri, lüteran kilsələri və memarlıq nümunələrinin bu günədək qorunub saxlanmasına imkan yaradıb".
Sənəddə qeyd olunur ki, hazırda Azərbaycanda yüzlərlə alman şirkəti fəaliyyət göstərir: "2017-ci ildə Cənubi Qafqaz regionu ölkələri ilə ümumi ticarətdə Azərbaycanın payı, təxminən, 66% olub. Ölkələrimiz arasında ticarət dövriyyəsi 1 milyard dollara yaxındır. Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşıdır və Avropa İttifaqı ilə qarşılqlı hörmət, bərabər tərəfdaşlıq və ümumi maraqlara əsaslanan münasibətlərin inkişaf etdirilməsi istiqamətində qəti siyasi iradə nümayiş etdirir. O cümlədən Almaniya hər zaman dünyanın, beynəlxalq hüquq prinsiplərinə hörmətlə yanaşan, ədalətli mövqeyi ilə seçilən aparıcı bir ölkəsi olub. Ümidvarıq ki, Almaniya bu prinsiplərə sadiq qalaraq ATƏT-in Minsk qrupunun üzvü kimi bizim üçün əsas məsələ olan Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 20 faiz torpağının azad olunması və işğal edilmiş torpaqlardan məcburi köçkün düşmüş azərbaycanlıların öz torpaqlarına qayıtması, eləcə də Xocalı soyqrımı üçün ədalətin bərpa edilməsi üçün bundan sonra fəaliyyətini daha da gücləndirəcək".
"Bu gün Almaniya azərbaycanlıların sərbəst və rahat yaşayıb fəaliyyət göstərdiyi inkişaf etmiş bir ölkədir. Almaniya-Azərbaycan və Avropa İttifaqı-Azərbaycan əlaqələrinin hərtərəfli inkişafı hər iki xalqın biri-birini daha yaxından tanıması, azərbaycanlıların Almaniyaya inteqrasiyasının sürətlə və effektli həyata keçirilməsi və onların yaşadıqları ölkənin siyasi, ictimai və mədəni həyatına töhfələr verməsi Almaniyada yaşayan azərbaycanlıların əsas məqsədlərindən biridir. Azərbaycan-Alman münasibətlərinin 200 ildən artıq tarixə malik olmasına baxmayaraq, Almaniya kanslerinin Azərbaycana səfəri tarixdə bir ilkdir. Ümid edirik ki, bu səfər Almaniya-Azərbaycan və Avropa İttifaqı-Azərbaycan əlaqələrində yeni bir mərhələnin əsasını qoymaqla bərabər, iki xalq arasındakı əlaqələrin möhkəmlənməsinə də önəmli töfhələr verəcək. Bu baxımdan, Almaniya kansleri Angela Merkelə Azərbaycana səfərində uğurlar arzu edir və Ermənistana səfəri zamanı bu ölkənin rəhbərliyi qarşısında Azərbaycan ərazilərinin işğalına son qoymağı tələbə etməyə çağırırıq. Biz Almaniyada yaşayan azərbaycanlılar da bu istiqamətdə imkanlarımız daxilindəki bütün dəstəyi verməyə hazırıq", - müraciətdə vurğulanır.



Prezident İlham Əliyev Merkelə məktub göndərib
Alman ordusu tarixində ən böyük təxliyə əməliyyatını keçirdi
Almaniya Prezidenti İlham Əliyevə məktub göndərib
Ərdoğan və Angela Merkel görüşdü (YENİLƏNDİ)
Merkelə müraciət edildi- Rusiyadan imtina et
"Xristian irsimizi tanıyaq": Alman lüteran kilsəsi - VİDEO
Ukraynada yaşayan azərbaycanlılar üçün qaynar xətt yaradıldı
Enerji sahəsində Azərbaycan-Almaniya əməkdaşlığı müzakirə edilib
Angela Merkelə ağır itki
Bu ölkədə dövlət çevrilişi planlaşdırılıb?
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
Prezident İlham Əliyev Almaniyada səfərdədir
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 