Almaniyanın Detmold şəhərində yaşayan Azərbaycan əsilli bəstəkar, “Bridge of Sound” ansamblının və orkestrinin yaradıcısı və bədii rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xədicə Zeynalovanın “Solo fortepiano üçün uşaq pyesləri” adlı dərsliyi alman dilində nəşr olunub.
ONN media xəbər verir ki, bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Dövlət Komitəsinin dəstəyi ilə dərslik Frankfurtdakı “Lavrentius” musiqi nəşriyyatı tərəfindən çap edilib.
Milli musiqimizin Almaniyada təbliği məqsədilə nəşr edilmiş dərsliyə Azərbaycan bəstəkarlarının, o cümlədən Xədicə Zeynalovanın əsərləri daxil edilib.
Dərslik art-direktor Elşən İbrahimov, dizayner Maqsud İbrahimov və illüstrator Mərziyeva Tağıyeva tərəfindən nəşrə hazırlanıb.
Qeyd edək ki, Bakı Musiqi Akademiyasının məzunu olan Xədicə Zeynalova Azərbaycan Bəstəkarlar İttifaqının, Almaniyanın GEMA təşkilatının və “Qadınlar musiqidə” Beynəlxalq Alyansının üzvü, Detmold Konservatoriyasının və Paderborn Universitetinin dosentidir.
Onun əsərləri Almaniya, İsveçrə, Avstriya, Azərbaycan, Böyük Britaniya, İtaliya, Kanada, Türkiyə, Oman, Fransa, Gürcüstan, Kipr, Macarıstan, ABŞ və digər ölkələrdə səsləndirilir.
Bəstəkar yaradıcılıq və diaspor fəaliyyətinə görə Azərbaycan Respublikasının “Nizami” və “Diaspor fəaliyyətində xidmətə görə” medallarına layiq görülüb.



Gələn həftə Üzeyir Hacıbəyli beynəlxalq müsabiqəsinin qalibləri açıqlanacaq
24 may Xədicə xanımın doğulduğu gündür
MEK-ə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nəşri olan dərslik daxil olub
27 oktyabr Xədicə xanımın güllələndiyi gündür
Almaniyada Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının və görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyləri münasibətilə tədbir keçirildi
Bakıda bu məktəbə Arif Məlikovun adı verildi
Rəsulzadənin fransızca kitabı tərcümə edildi
Qara Qarayevin anadan olmasına həsr edilmiş konsert təşkil olunub.
MEK yanvar ayı ərzində daxil olan sənədlərin təqdimatını keçirdi
Represiya qurbanı ilk azərbaycanlı pianoçu Xədicə xanım
Dərsliklərlə bağlı dəyişiklik olacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 