Energetika Nazirliyində Almaniya Federativ Respublikasının Federal İqtisadiyyat və Energetika Nazirliyində dövlət katibi Tomas Baraysın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Nazirlikdən ONN media -ya verilən məlumata görə, Energetika naziri Pərviz Şahbazov iki ölkə arasında münasibətlərin gələcəkdə daha da inkişafının vacibliyini və bu istiqamətdə Alman-Azərbaycan Xarici Ticarət Palatası, Azərbaycan-Almaniya Ticarət və İnvestisiyalar üzrə Yüksək Səviyyəli İşçi Qrupu, eləcə də Almaniyanın Federal İqtisadiyyat və Energetika Nazirliyinin Menecer Təlimi Proqramının mühüm rolunu qeyd edib. Nazir deyib ki, enerji sahəsində Almaniya ilə çoxşaxəli əməkdaşlığımız mövcuddur və bu əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar var. Bildirilib ki, Azərbaycanın Almaniyaya ixracında əsas payı neft və neft məhsulları təşkil edir. Belə ki, ötən il SOCAR tərəfindən Almaniya istiqamətində 2 mln 283 min ton xam neft təchiz edilib. Bundan başqa UNİPER şirkəti ilə neft-qaz istehsalında enerji səmərəliliyinin artırılması, Bakı və Abşeron yarımadasında qaz təchizatı şəbəkəsinin müasirləşdirilməsi, eləcə də elektroenergetika sektorunda “Simens” və digər alman şirkətləri ilə həyata keçirilən layihələrdən danışılıb. Ölkədə elektrik stansiyalarının diaqnostika və auditinin aparılması, generasiya güclərinin və elektrik enerjisinin ötürücü sisteminin optimallaşdırılması və bərpası proqramlarının hazırlanmasında Almaniyanın VPC, ENERCO kimi şirkətləri ilə əməkdaşlıq yüksək qiymətləndirilib. Hazırda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verilərək, “SimensGamesa” şirkətinin nümunəsində bu sahədə Almaniya ilə əməkdaşlığa maraq ifadə edilib. Görüşdə təmsil olunan UNİPER, EWE, VİTO və digər alman şirkətləri isə enerji sahəsində əməkdaşlığın perspektivləri barədə fikirlərini bölüşüblər.
Enerji sahəsində Azərbaycan-Almaniya əməkdaşlığı müzakirə edilib



Azərbaycan-Braziliya enerji əməkdaşlığı müzakirə edilib
İlham Əliyev Almaniya nümayəndə heyyətini qəbul edib
Pərviz Şahbazovla İndoneziyanın “Pertamina” şirkətinin nümayəndə heyəti arasında görüş keçirilib
Energetika naziri Çexiyanın sənaye və ticarət naziri ilə görüşüb
Monqolustanın energetika naziri Azərbaycanda səfərdədir
Energetika Nazirliyində Ərəb Neft İnvestisiyaları Korporasiyasının nümayəndə heyəti ilə görüş keçrilib
Energetika naziri Qazaxıstanın energetika nazirinin müavini ilə görüşdü
Energetika naziri Pərviz Şahbazov Macarıstanın xarici işlər və ticarət nazirini qəbul edib
Energetika naziri Yaponiyanın iqtisadiyyat naziri ilə görüşüb
Energetika naziri isveçrəli iş adamlarını qəbul etdi
Azərbaycan-Almaniya: 8-ci iclas keçiriləcək
Energetika naziri Avropa Enerji Cəmiyyətinin direktoru ilə görüşüb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 