Dövlət müstəqilliyimizin, milli təhlükəsizliyimizin, xalqımızın əmin-amanlıq şəraitində yaşamasının təminatçısı olan Azərbaycan Ordusu son illərdə daha da möhkəmlənib, mütəşəkkil hərbi qüvvəyə çevrilib. Qürur hissi ilə deyə bilərik ki, Azərbaycan Ordusu regionun ən güclü ordusudur və düşmənin istənilən təcavüzünün qarşısını almağa, hücum tapşırığını yerinə yetirməyə qadirdir.
ONN media AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov dekabrın 20-də Silahlı Qüvvələrdə ən yaxşı tabor (divizion) komandirləri yarışlarının qaliblərinin mükafatlandırılması mərasimində çıxışında deyib.
N.Osmanov bildirib ki, ötən il aprel döyüşləri zamanı Azərbaycan Ordusu nəyə qadir olduğunu bir daha nümayiş etdirdi. Aprel döyüşlərində qazandığımız qələbə xalqımızın birliyinin, həmrəyliyinin, vətənpərvərliyinin, Azərbaycan Ordusunun güc və qüdrətinin, həmçinin müdrik Prezidentimiz, qətiyyətli sərkərdəmiz, Ali Baş Komandan İlham Əliyevin qələbəsi kimi tarixə düşdü.
“Ordumuza, onun şəxsi heyətinə ölkə rəhbərliyi tərəfindən hərtərəfli diqqət və qayğı göstərilir. Ordumuzun maddi-texniki bazası hər gün möhkəmlənir, yeni-yeni döyüş texnikaları, silah-sursatlar, zenit-raket kompleksləri, artilleriya qurğuları, döyüş təyyarələri, helikopterlər alınır. Keçirilən irimiqyaslı taktiki təlimlər, komanda-qərargah hərbi oyunları göstərir ki, Azərbaycan Ordusu quruda, dənizdə və havada, istənilən iqlim şəraitində qarşısına qoyulmuş hər bir vəzifəni yerinə yetirməyə hər an hazırdır”, - deyə general-leytenant deyib.



Müdafiə nazirinin yeni müavini kimdir? - DOSYE
General-leytenant Nizam Osmanov Rusiyaya getdi - MN
Müdafiə nazirinin müavini Kəlbəcərə getdi
Müdafiə nazirinin müavini hərbçilərlə görüşdü
Zakir Həsənovun müavini vəzifəsindən azad olundu - YENİ TƏYİNAT
Azərbaycan beynəlxalq ordu oyunlarına hazırlaşır
İstənilən vaxt düşmənin başını əzməyə hazırıq - Vaqif Dərgahlı
Azərbaycan hərbçiləri Beynəlxalq Ordu Oyunlarında
Azərbaycanda iki general işdən çıxarıldı
MDB-nin Qərargah Rəisləri Bakıya gəlib
General Hikmət Həsənovla bağlı ƏMR VERİLDİ
Hikmət Mirzəyevin əvəzlədiyi general kimdir? - Dosye
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 