Bu gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin doğum günüdür. Qırğızıstanda fəaliyyət göstərən turktoday.info portal bununla əlaqədar Azərtacın manşetə çıxartdığı "İlham Əliyev. Yeni əsrin yeni lideri" yazısını yayınlayıb.
Yazıda, "Ulu öndər Heydər Əliyev məktəbinin ən istedadlı yetirməsi olan İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə bütün azərbaycanlıların həyatına yeni nəfəs gətirib.
Günümüzün bu reallığı beynəlxalq siyasətçilər, ekspertlər tərəfindən də təsdiqlənir: Azərbaycanda həyata keçirilən siyasətin alternativi yoxdur. Xalq-iqtidar birliyi uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsinə geniş imkanlar açır.
Bu günümüzün daha bir reallığı isə ondan ibarətdir ki, Azərbaycan sürətli inkişaf yolunda inamla irəliləyir, onu qarşıda daha möhtəşəm uğurlar gözləyir" söz açılır.
Biz Qırğızıstanda fəaliyyət göstərən fond olaraq "Prezident İlham Əliyev" üçcildliyini, "Dünya siyasətinin zirvəsini fəth edənlər" ikicildliyini və başqa kitabları nəşr etdirib sizin təbliğiniz naminə pulsuz yaymışıq.
Hazırda isə "Azərbaycanın xarici siyasəti və həqiqi dostları" kitabı qırğız dilinə tərcümə olunub. Kitabın müəllifi Azərbaycan Respublikası PA İctimai-siyasi şöbəsinin sektor müdiri, politologiya üzrə fəlsəfə doktoru Qafar Əliyevdir. Kitabda ulu öndərimiz Heydər Əliyevin apardığı xarici və daxili siyasətdən, xaricdəki Azərbaycan diasporlarına verdiyi önəmdən geniş söz açılır.
Ulu öndərin layiqli davamçısı İlham Əliyev haqqında, onun apardığı uğurlu siyasət, respublikanın birinci xanımı Mehriban Əliyevanın gördüyü işlər haqqında kitabdan geniş məlumat almaq mümkündür.
Rus və qırğız dillərində ayrı-ayrı kitab şəklində nəşr olunacaq. Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu öz ənənəsinə sadiq qalaraq kitabı pulsuz yaymağı nəzərdə tutub.
Bu xoş fürsətdən istifadə edərək sizi Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun kollektivi adından doğum gününüz münasibəti ilə ürəkdən təbrik edirik.
Siz Azərbaycanın ümummilli lideri Heydər Əliyevin ideyalarını və prinsiplərini həyata keçirərək Azərbaycan dövlətçiliyinin möhkəmlənməsini uğurla davam etdirirsiniz. Azərbaycan Respublikası Sizin rəhbərliyiniz altında siyasi və iqtisadi inkişafda mühüm uğurlar qazanmış, islahatlar və dəyişikliklər, beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi yolu ilə qətiyyətlə irəliləyir.
Əminəm ki, Sizin yüksək dövləti vəzifədə fəaliyyətiniz təkcə Respublika daxilində deyil həm də bütün Türk dünyası münasibətlərinin bundan sonra da hərtərəfli dərinləşməsinə və möhkəmlənməsinə şərait yaradacaqdır. Sizə səmimi qəlbdən möhkəm cansağlığı, bütün niyyət və istəklərimizin uğurla həyata keçməsini, xalqımıza isə sülh, əmin-amanlıq və firavanlıq diləyirəm". Həmişə olduğu kimi indi də yanınızdayıq.
Portalın yaydığı yazı ilə burada tanış olmaq olar:
http://turktoday.info/az/ilkham-aliev-novyy-lider-novogo-veka/
ONN media



İlham Əliyev Daşkəsənə getdi
Əbədiyyət simvolu HEYDƏR ƏLİYEV
İlham Əliyev: Azərbaycana bu gün sərmayə qoyan sabah böyük fayda görəcək
İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət etdi
İlham Əliyev Nursultan Nazarbayevə zəng elədi
İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət etdi
İlham Əliyev sərəncam imzaladı
Prezident İlham Əliyev Nursultan Nazarbayevə telefonla zəng edib
İlham Əliyev və Mehriban Əliyeva Qubada
"Biz sadəcə maraqla izləyirik"- İlham Əliyev
İlham Əliyev YAP-ın tədbirində çıxış edib
İlham Əliyev Putinə zəng etdi
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 