Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) 2017-ci ilin idman laureatlarının adlarını açıqlayıb.
Apasport.az saytının məlumatına görə, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva "İlin idman təşkilatçısı" seçilib.
Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov ilin idman xadimi olub.
Rio-2016-nın gümüş mükafatçısı, güləşçi Mariya Stadnik, IV İslam Həmrəyliyi Oyunlarının üçqat qalibi, bədii gimnast Marina Durunda, Bakı-2017-nin qalibi, taekvandoçu Patimat Abakarova, üçqat dünya çempionu, güləşçi Hacı Əliyev, üçqat dünya çempionu, boksçu Məhəmmədrəsul Məcidov və dünya çempionu, taekvondoçu Milad Beigi Harçeqani "İlin idmançıları" adına layiq görülüblər.
"İlin komandası" nominasiyasının qalibi “Qarabağ” futbol klubu, şahmat və cüdo üzrə millilər olub.
“Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov, qadın voleybolçulardan ibarət Azərbaycan millisinin çalışdırıcısı Faiq Qarayev və gənclərdən ibarət cüdo üzrə millimizin baş məşqçisi Elçin İsmayılov "İlin baş məşqçiləri" elan ediliblər.
"İlin idman hakimi" Hicran Şərifov (güləş), "İlin idman azarkeşi" isə Elşən Məmmədov olub.



Hacı Əliyev baş-leytenant oldu
Deputatlığa namizəd Cabbarov Güloğlan Məhərrəm oğlu kimdir? - DOSYE
Prezident: “Bu gün Azərbaycan dünya miqyasında idman dövləti kimi tanınır”
Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçildi
Prezident və xanımı Fərid Qayıbovu təbrik etdi
İlham Əliyev və ailə üzvləri yarımfinal qarşılaşmasına baxıblar
İcra başçısı Rafael Ağayevlə görüşdü
Dövlət başçısı: "Biz müsəlman aləmində birinci, Avropada ikinciyik"
Daha bir güləşçimiz DÇ-də ermənini məğlub etdi
Mehriban Əliyeva idmançımızl bağlı paylaşım etdi
UEFA Qurban Qurbanovu təbrik etdi
Nazir təyin olunan 42 yaşlı Fərid Qayıbov kimdir? - DOSYE
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 