Prezident İlham Əliyev Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb. ONN media xəbər verir ki, sənədə əsasən, Seçki Məcəlləsində 178.1-ci maddə yeni redaksiyada verilib. Sənədlə Seçki Məcəlləsinin 179.2-ci maddəsində müəyyən edilmiş qaydada seçkilərin təyin olunması halları istisna olmaqla, 7 il əvvəl keçirilən Prezident seçkilərində Prezidentin seçildiyi səsvermənin keçirildiyi ayın ikinci həftəsinin çərşənbə gününə Prezident seçkiləri təyin olunur. Həmçinin, Məcəllədə aşağıdakı dəyişikliklər edilib: 1. 1.1.23-cü maddəyə, 33.1-ci maddənin ikinci cümləsinə və 38.1-ci maddənin birinci cümləsinə “qərarının” sözündən sonra “(sərəncamının)” sözü əlavə edilsin. 2. 8-ci maddə üzrə: 2.1. maddənin adında “elan” sözü “təyin” sözü ilə əvəz edilsin;
2.2. 8.1-ci maddə aşağıdakı redaksiyada verilsin: “8.1. Seçkilərin (referendumun) təyin edilməsi haqqında qərar (sərəncam) səsvermə gününə azı 60 gün qalmış rəsmi dərc edilir.”. 3. 9.1-ci maddədə “elan olunduğu” sözləri “təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc edildiyi” sözləri ilə əvəz edilsin. 4. 40.6-cı və 40.7-ci maddələrin birinci cümlələrində “elan” sözü “təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc” sözləri ilə əvəz edilsin. 5. 41.3-cü maddədə “seçkilər (referendum) elan olunduğu” sözləri “seçkilərin (referendumun) təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc edildiyi” sözləri ilə əvəz edilsin. 6. 44.2-ci maddəyə və 77.3-cü maddənin ikinci cümləsinə “qərar” sözündən sonra “(sərəncam)” sözü əlavə edilsin. 7. 47.2-ci maddədə “elan olunması günündən” sözləri “təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc edildiyi gündən” sözləri ilə əvəz edilsin. 8. 58.3-cü maddənin birinci cümləsinə “təyin” sözündən sonra “edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc” sözləri əlavə edilsin. 9. 77.2-ci maddənin ikinci cümləsinə, 78.3-cü maddəyə, 81.2-ci maddənin üçüncü cümləsinə, 83.6-cı maddənin ikinci cümləsinə, 84.1-ci maddənin ikinci cümləsinə, 87.2-ci, 89.2-ci, 90.2.5-ci, 90.2.9-cu maddələrə, 97.2.2-ci maddənin ikinci cümləsinə və 111.2-ci maddənin ikinci və üçüncü cümlələrinə “qərarın” sözündən sonra “(sərəncamın)” sözü əlavə edilsin. 10. 123.3-cü maddədə “referendum elan” sözləri “referendumun təyin edilməsi haqqında qərar (sərəncam) rəsmi dərc” sözləri ilə əvəz edilsin. 11. 124.1-ci maddənin birinci cümləsinə “qərarla” sözündən sonra “(sərəncamla)” sözü əlavə edilsin. 12. 145.4-cü və 146.2-ci maddələrdə “qərar” sözü “sərəncam” sözü ilə əvəz edilsin. 13. 178-ci maddə üzrə: 13.2. 178.2-ci maddədə “elan” sözü “təyin” sözü ilə əvəz edilsin; 13.3. 178.3-cü maddədə “keçirilməsi gününün elan” sözləri “təyin” sözü ilə əvəz edilsin.Seçki Məcəlləsində dəyişiklik edildi



Fevral ayında qeyri iş günü olacaq?
Seçki Məcəlləsinə dəyişikliklər qüvvəyə mindi
23 dekabr qeyri-iş günüdür - Rəsmi
“İcra məmurları haqqında” Qanuna dəyişiklik edildi
Azərbaycanda həbsxanadakı şəxslərlə bağlı VACİB YENİLİK
MSK bu şəxslərə çağırış etdi
ADA Universiteti orta ixtisas üzrə də kadr hazırlayacaq - FƏRMAN
SON DƏQİQƏ: İlham Əliyev təsdiqlədi - Su ilə bağlı QAYDALAR DƏYİŞDİ
Prezident Tarif Şurası ilə bağlı fərman imzaladı
Bunu edənlər 1000 MANATADƏK cərimələnəcək - YENİ QANUN
İlham Əliyev fərman imzaladı
Bu şəxslər üç min manat cərimə olunacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 