“Təəssüf ki, fərqli düşünən valideyn və şagirdlər də var. Onların əsas məqsədi yalnız ali məktəbə hazırlıqdır.
Təhsil Nazirliyi olaraq hazırda məktəbin imkanlarından və resurslarından düzgün istifadə etməyin yollarını düşünürük”.
ONN media Report-a istinadla xəbər verir ki, bunu təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “Azərbaycan” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, 11-ci sinfi bitirib həyata atılan gənc, nəzəri biliklərə malik olmasa belə, həyatda ona lazım olan bacarıqlara yiyələnməlidir: “Amma bu bacarıqlar yalnız 45 dəqiqə dərs müddətində şagirddə formalaşdırıla bilməz. Bunun üçün dərsdən sonra müxtəlif fəaliyyətlərin mövcud olması lazımdır. Elə bu məqsədlə də nazir Ceyhun Bayramovun əmri ilə bu il məktəblərin reytinq göstəriciləri yalnız buraxılış imtahanlarının nəticəsinə əsasən deyil, o cümlədən də şagirdlərin olimpiadalarda, bilik yarışlarında, müsabiqələrdə iştirakı əsasında gətirilən uğurların ölçülməsi nəticəsində müəyyənləşdiriləcək”.
O bildirib ki, bu il ölkə üzrə müxtəlif yaş qruplarında olan şagirdlər idmanın 4 növü üzrə müsabiqələrdə iştirak edəcəklər: “Həmçinin yaradıcılıq müsabiqələrinin, sərgilər, bədii qiraət, teatr tamaşalarının göstərilməsi nəzərdə tutulur. Bunlar şagirdlərin başqa imkanlarının da üzə çıxarılmasına kömək edəcək.
Əgər müəllim dərsə yaradıcı yanaşmırsa, ona vacib, canlı bir proses kimi baxmırsa, o zaman dərs çox quru, sönük keçəcək və bu, uşaqda maraq yaratmayacaq, onda heç bir əqli proseslərin formalaşmasına kömək etməyəcək. 21-ci əsrin vacib bacarıqları arasında, şagirdlərdə başqaları ilə ünsiyyət, vaxtında və düzgün qərar vermə, yeniliklərə açıq olma, texnologiyadan istifadə, müxtəlif mənbələrdən aldığı məlumatı mənimsəyib yenidən təqdim etmə bacarığı formalaşdırılmalıdır. Şagirddə tədqiqatçılıq bacarığı olmalıdır və o, sadəcə bir kitab, nağılla kifayətlənməməlidir ki, bunun üçün müəllimdən böyük yaradıcılıq tələb olunur”.



Məktəblilərin yay tətili ləğv olunacaqmı? - Rəsmi
Abituriyentlərin nəzərinə - Təhsil Nazirliyi qərar verdi
Təhsil müəssisələrinin açılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dərs ili vaxtından əvvəl başlaya bilər - Rəsmi
Təhsil nazirinin müavini işdən niyə çıxarılıb? - SƏBƏB AÇIQLANDI
Nazir yeni ŞURA YARATDI
Təhsil haqqını ödəyə bilməyən tələbələrə ŞAD XƏBƏR
“Məktəblərin açılması real görünmür” - Nazir müavini
Attestatların verilməsi ilə bağlı nazirlikdən AÇIQLAMA
Müəllimlərdən pul yığan direktor işdən qovuldu
Yeni il bayramında məktəblərdə neçə gün tətil olacaq?
Nazirdən "Son zəng"lə bağlı ƏMR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 