Teatr və konsert müəssisələrində çalışan işçilərin maaşlarının 50% artırılması çox böyük və sevindirici hadisədir. Biz uzun müddətdir ki, bu qərarı gözləyirdik. Cənab prezident verdiyi sərəncamla bir daha sübut etdi ki, o mədəniyyət, incəsənət adamlarını yüksək qiymətləndirir.
ONN media xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Pantomima Teatrının direktoru, əməkdar artist Elman Rəfiyev deyib.
O bildirib ki, bu sərəncamdan sonra incəsənət işçilərinin məsuliyyəti daha da artmalıdır: "Ümidvaram ki, bütün incəsənət xadimləri möhtərəm prezidentimizin bu diqqət və qayğısından bəhrələnə biləcək, işlərində sıçrayışlar edəcəklər. Musiqi və teatr mədəniyyətinin inkişafında daha ciddi işlər görüləcək və göstərilən etimadın əvəzi ödəniləcəkdir.
Bilirsiniz, Martın 10-u Azərbaycanda Milli Teatr Günü qeyd olundu. Verilən sərəncam belə özəl bir günün hədiyyəsidir. Bu fərman, sənət adamlarını sosial-rifah halını yaxşılaşdıracaq. Ona görə mən bu qərarı alqışlayıram və cənab prezidentə təşəkkürümü bildirirəm.
Xatırladaq ki, prezident İlham Əliyev Azərbaycan Respublikasında teatr və konsert müəssisələri işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən dövlət büdcəsindən maliyyə yardımı alan teatr və konsert müəssisələrində çalışan işçilərin aylıq vəzifə maaşlarının 2019-cu il martın 1-dən orta hesabla 50 faiz artırılması təmin ediləcək. Olaylar



Bu şəxslərin maaşları 50 faiz artırıldı - SƏRƏNCAM
Mədəniyyət və incəsənət xadimlərinə mükafatlar təqdim olundu
Bakıda Müstəqil Teatrlar Festivalına start verildi
27 mart Beynəlxalq Teatr Günü kimi qeyd olunur
27 mart Beynəlxalq Teatr Günüdür
Pantomima Teatrı 25 yaşını qeyd edir
İlham Əliyev sərəncam imzaladı
Azərbaycanda aktyor koronavirusdan öldü
Elman Rəfiyevlə bağlı araşdırma başlayıb
Musiqi xadimlərinin təltif olunması mərasimi keçirilib
10 mart Azərbaycanda Milli Teatr Günüdür
Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin sədri məlum oldu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 