Güney Azərbaycanın Marağa şəhərinin tarixi Göy Günbəz və Dairəvi Günbəz abidələrinin 3 il əvvəl başlayan təmir-bərpa işləri bir ildir dayandırılıb.
ONN media xəbər verir ki, layihənin dayandırılmasına vəsait çatışmazlığının səbəb olduğu bildirilib.
Göy Günbəzin üstünün uzun müddətdir çadırla örtülməsinə münasibət bildirən İranın Turizm, Əl İşləri və Mədəni İrs Təşkilatının muzey işləri üzrə məsulu Məhəmmədrza Kargər tarixi binanın çadırla qorunub-saxlanılmasının mümkün olmadığını deyib:
“Abidənin üstü düzgün şəkildə bağlanmasa, binaya ciddi ziyan dəyəcək. Eləcə də Göy Günbəzlə bir neçə metrlik məsafədə yerləşən Dairəvi Günbəz türbəsi təmir edilməsə, qar və yağışın altında qalıb məhv olacaq. Tarixi abidələrdə təmir-bərpa işlərinin sürətlə davam etdirilməsi vacibdir”.
Qeyd edək ki, Azərbaycan memarlığının maraqlı nümunələrindən olan Göy Günbəz və Dairəvi Günbəz türbəsi 800 il bundan öncə Səlcuqlar dövründə inşa edilib.



Bakıda bu tarixi bina sökülür? - Nazirlik
Heydər Əliyev Fondu Şuşada üç tarixi məscidi bərpa edir
Bakı Dairəvi-1 yolunda təmir gedir - Foto
Mehmandarovların malikanəsi bərpa edilir
Təbrizdə 700 illik tarixi abidə dağılır
Bizim abidələrimiz necə qorunur?
Lənkəranda Dairəvi qala təmir olunacaq
150 illik abidə məhv edildi
“Şuşa mədəniyyətinin inciləri” – Yuxarı Gövhər ağa məscidi
Bu yolda hərəkət məhdudlaşdırılır
Mehriban Əliyeva nöqtə qoydu- "SÖKÜLMƏYƏCƏK"
Prezident Şuşa məscidlərindəki bərpa işləri ilə tanış oldu
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 