Ötən gün Fransada XII əsrə aid Paris Notr-Dam kilsəsinin yanması Azərbaycandakı tarixi abidələrin yanğından necə mühafizə olunması məsələsini gündəmə gətirib.
ONN media xəbər verir ki, məsələ ilə bağlı danışan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov bildirib ki, nazirlik tərəfindən qorunan tarixi abidələrdə yanğın təhlükəsizliyinin təmin olunması dövlət tərəfindən müəyyən olunmuş normalar əsasında həyata keçirilir:
“Hazırda mədəniyyət ocaqları kimi fəaliyyət göstərən bir sıra tarixi abidələrdə son illər Dövlət Xidməti tərəfindən təmir-bərpa işləri həyata keçirilib. Həmin abidələrdə də yanğın təhlükəsizliyi müasir tələblərə uyğun qurulub. Yanğınsöndürmə balonları ilə yanaşı, avtomatik su ilə yanğınsöndürmə, əl ilə yanğın söndürmə sistemləri quraşdırılıb. Əsaslı təmir işləri həyata keçirilmiş abidələrdə sadalanan yanğınsöndürmə sistemləri ilə yanaşı, qazla yanğınsöndürmə sistemləri də quraşdırılıb. Bu sistemlər yanğın zamanı eksponatların, əşyaların qorumasını təmin etməyə hesablanıb. Belə ki, su ilə yanğın söndürmə muzey eksponatlarına daha çox ziyan verə bilər. Qaz ilə yanğınsöndürmə isə yanğın baş verdiyi zaman yüksək təzyiqlə F200 qazının istifadəsi nəticəsində ani olaraq yanğın söndürülür.
Azərbaycan Milli İncəsənət Muzeyi, Musiqili Teatr, Akademik Milli Teatr, Kukla Teatrı, Nizami Kino Mərkəzi, Heydər Əliyev Sarayı kimi binalarda ən son yanğından mühafizə sistemləri quraşdırılıb”. kult.az



Bakıda bu tarixi bina sökülür? - Nazirlik
Mehriban Əliyeva nöqtə qoydu- "SÖKÜLMƏYƏCƏK"
Səfərbərlik xidmətinə bununla bağlı XƏBƏRDARLIQ EDİLDİ
Bakıda yataqxanada yanğın baş verib
Qəbələdə yanğın- Helikopter cəlb olundu
Bakıda mebel sexi yandı
Sumqayıtda zavodda güclü yanğın başladı- YARALILAR VAR
Dövlət Xidmətinin regional idarələri yaradılır
Nazirlikdən açıqlama- Bu bina tökülür
Tarixi abidələrin üzərində qanunsuz yerləşdirilən reklam lövhələri sökülüb
Laçında qəbirüstü at fiqurları tapılıb
Azərbaycanın 800 illik abidələri məhv olur
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 